Bu, düşmən dəirmanına su tökməkdir

11:11 05-08-2017 | icon 892 | Kürsü
Bu, düşmən dəirmanına su tökməkdir

Qənirə Paşayeva

/Millət vəkili/

Yeni dəbdir. Gündəmə gəlmək üçün cəmiyyətdə tanınan və ya toplumun hörmət bəslədiyi biri haqqında ağzına gələni danışmaq. Sağlar cavab verə bilir deyə son dönəmlər dünyadan köçən böyük şəxsiyyətlərə qarşı bu daha da çoxalıb. Bu barədə ötən il Milli Məclisdə də çıxış etmişdim və böyük tarixi, ədəbi şəxsiyyətlərimizə qarşı ciddi əsası olmayan, bu günün şərtlərindən baxaraq o günlərə və həmin dövrün dəyərli aydınlarına bir çox hallarda qərəzli yanaşmaların doğru olmadığını söyləmişdim.

İndi də neçə gündür böyük Səməd Vurğun gündəmdədir. Əslində baş verənlər Səməd Vurğunun nə qədər böyük bir şair olduğunu bir daha bilməyənlərə göstərdi məncə. Çünki onunla bağlı iki-üç insanın ciddi əsası olmayan, tarixə bu günün şərtlərindən baxaraq ortaya qoyulmuş və bəzən tənqid dərəcəsini keçərək təhqirə çatan yanaşmaları günlərlədir toplumun müzakirəsindən düşmür. Və çox sayda insan Səməd Vurğuna, onun yaradıcılığına, şəxsiyyətinə qarşı hucumlara qarşı etiraz səsini ucaltdı. Şairin böyüklüyü onda olur ki onun yazdığı şeirləri partiyasından, ideologiyasından, siyasi və dini düşüncəsindən, milli kimliyindən asılı olmayaraq hər kəs oxuyur. Çünki onun yaradıcılığının, sözünün gücü insanlara hətta onun baxşlarını belə, unutdurur. Səməd Vurğun hər zaman sevilən şair olub və olacaq. Onun şeirlərini də zövqlə oxuyan oxuyucu üçün isə kimlərinsə onun haqqında əsassız ittihamlarının mənası belə olmayacaq. Nə qədər Azərbaycan var “Azərbaycan” şeiri hər zaman ən sevilən, dillərdən düşməyən şeirlərdən olacaq. Səməd Vurğin elə bir şairdir ki, onu Lənkəranda, Şəkidə, Şamaxıda, Qubada, Bakıda, Təbrizdə də Qazaxdakı qədər sevirlər. Hansısa şairi sevib-sevməmək olar. Zövq məsələsidir. Bəyənib-bəyənməmək də olar. Sonda yenə zövq məsələsidir. Tənqid də etmək olar. Amma bu qədər insafsızca təhqirə çatan şəkildə yox. Bu günün şərtlərindən tarixə və şəxsiyyətlərimizə yanaşmaq, onlarla bağlı bir çox hallarda tənqid adı ilə təhqirlərə yol vermək düşmən dəirmanına su tökməkdir. Bu şəxsiyyətlər bu millətin övladıdır. Hər şeyi söyləməyin bir üslubu var.
Səməd Vurğun böyük şairimizdir, nur içində yatsın.
P.S – Azərbaycanı 4 yaşında əzbərlədiyi “Azərbaycan” şeiri ilə daha çox tanımış, hər guşəsinə aşiq olmuş, sevmiş, köksü qabara-qabara, gözləri dolaraq “Ayrılarmı könül candan, Azərbaycan, Azərbaycan” deyə oxuyan o balaca Qənirənin və minlərlə mənim kimi insanın yaddaşında Səməd Vurğun bu xalqın böyük şairlərindən biri kimi hər zaman qalacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...