Razi Nurullayev şəhid mayor Anar Novruzovdan yazdı

11:01 15-07-2020 | icon 790 | Siyasət
Razi Nurullayev şəhid mayor Anar Novruzovdan yazdı

Onlar şəhid olandan sonra bizim ailə üzvümüzə çevrilirlər

 

Masallı rayon Ərkivan qəsəbə sakini, Tovuzda azğın erməni gülləsindən şəhid olan mayor Novruzov Anar Gülverdi oğlunun doğulduğu kəndində dəfnində iştirak etdik. Şəhid mayorun vida mərasimində iştirak üçün minlərlə sakin şəhər mərkəzindən şəhidin evinə qədər yolun hər iki tərəfində əllərində gül düzülmüşdülər. Şəhidi son mənzilə yola salmaq üçün İmişli deputatı mən, digər millət vəkilləri - Masallı deputatları Anar İsgəndərov və Məşhur Məmmədov, Lerik deputatı İqbal Məmmədov, Yardımlı deputatı Musa Qasımlı, Lənkəran deputatı Cavanşir Paşazadə, sabiq deputat Əliməmməd Nuriyev və digər vəzifəli şəxslər gəlmişdilər.

 

 

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədova, polis şöbəsinin rəisi Habil Əmiraslanova, icra hakimiyyətinin və digər rayon qurumlarının rəhbər və əməkdaşlarına şəhidin adına layiq törən təşkil etdiklərinə görə də təşəkkür edirəm. Vətəndaşlar da əxlaqlı və nümunəvi davrandılar.

 

Şəhidin tabutuna bükülmüş Azərbaycan Respublikasının üç rəngli bayrağı onun məktəbli övladı Nihat Novruzova təhvil verildi. Masallı deputatı Anar İsgəndərov Ərkivan kəndinin də deputatı kimi alovlu sözlər dedi. Anar Novruzovun qanı yerdə qalmamalıdır. İcra başçısının Nihat balamıza dediyi bir söz hələ də qulaqlarımda cingildəyir. "Bu gündən sənin üçün dünyada ən qiymətli bu bayraqdır. Onu evdə ən yaxşı yerdə qoru".

 

25 il hərb sahəsində xidmət edən şəhid Anar Novruzovun 2 övladı var. İndi onun övladlarına sahib çıxmaq və qəhrəman kimi böyümələrinə şərait yaratmaq lazımdır. Bunu da edəcəyik. Artıq iki övladın rahat və qəhrəman kimi böyüməsi üçün irəli duracaq mərd oğullar da var. Bu barədə yaxınlarda məlumat verəcəyik.

 

Şəhidlər bizimdir. Şəhidin vətəni, torpağı, doğulduğu yer olmur. Onlar bizdən min km. uzaqda yaşasalar da, öncədən onları tanımasaq da onlar şəhid olandan sonra bizim ailə üzvümüzə çevrilirlər.

 

 

Sonda təəssüflə bildirmək istəyirəm ki, bütün şəhidlərin dəfn törənlərində iştirak edə bilmirik, amma etməliyik. Bu gün vaxtı bölə bilməsək də, digər zamanlar onları yad etməliyik. Parlament bu məsələdə nümunələr yaradacaq, buna inanıram. Biz dövlətin, xalqın və Ali Baş Komandanın yanındayıq. Qarabağ, şəhid, dövlətçilik olan yerdə müxalifətçilik arxa plana keçir.

Rahat uyu, şəhidim!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İran guya Azərbaycandan təhlükə gözləyirmiş kimi aranı qarışdırır”

Əsən Ana əlləri

Laçınlılardan atəşkəsin pozulmasına REAKSİYA

“İranın bu təhdidləri yeni deyil”

“Azərbaycan və İsrailin müvafiq qurumları kifayət qədər hazırlıqlıdır”

“Amerika ilə Fransa Rusiya ilə gizli danışıqlara gedəcək”

Namiq Qaraçuxurlu konsert turuna BAŞLAYIR

Laçında mövqelərimiz atəşə TUTULDU

İran XİN Brüssel görüşünə münasibət bildirib

Vatikandan cinsiyyətin dəyişdirilməsinə REAKSİYA

“Ludus”un təsisçisi Bakıda

Bu ilin ilk Günəş tutulması başa çatıb

“TikTok” “Instagram”a rəqib platforma yaradır

Novxanıda ağır QƏZA

Azərbaycanda Ramazan bayramı qeyd olunur