Təxribatçılarla bağlı araşdırma aparılır

13:58 15-07-2020 | icon 660 | Gündəm
Təxribatçılarla bağlı araşdırma aparılır

Milli Məclis ötən gecə Bakıda Ordumuza dəstək məqsədilə keçirilən yürüşdə Şəhidlər Xiyabanı və parlament binasının qarşısına toplaşan yürüş iştirakçılarının bir qrupunun təxribat törətmək cəhdinə münasibət bildirib. 



Versus.az xəbər verir ki, Milli Məclisin mətbuat xidmətinin rəhbəri Ceyhun Əli bildirib ki, yürüşün keçirildiyi ərazidə toplaşan vətəndaşlardan bir qrupu  qanunsuz olaraq Milli Məclisin inzibatı binasına daxil olub və bir sıra dağıntılar törədib:

 

“Daha sonra polis onlara binanı tərk etmək üçün çağırış edib və oradan çıxarılıblar. Həmin qrup binadan çıxarılandam sonra sonra Milli Məclisin spikeri Sahibə Qafarova vəziyyətlə yerindəcə tanış olub. Fəsadların aradan qaldırılması üçün tapşırıq verilib". 



Ceyhun Əli qeyd edib ki, Milli Məclisin mülkiyyətinə vurulan ziyan hesablanacaq və məlumat veriləcək: 

"Bu, qanunsuz olaraq binaya daxilolma cəhdidir. Bunun qarşısı polislər tərəfindən alınıb. Milli Məclis olaraq qətiyyətlə bildirik ki, xalqımız, dövlətimiz, ordumuz çətin vəziyyətdə təxribatçı qüvvələrə qarşı həssas yanaşmalıdır.Təxribat törədən qüvvələrə qarşı müvafiq qurumlar tərəfindən araşdırma aparılır".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol