Avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək

15:09 20-06-2018 | icon 581 | Gündəm
Avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək

Azərbaycan Ordusunun 100 illiyi münasibəti ilə keçirilən hərbi paradla əlaqədar iyunun 24-dən 26-a qədər Azadlıq meydanı və ona kəsişən küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.

 

Versus.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

 

V.Əsədov bildirib ki, həmin ərazilərdə avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək. Onun sözlərinə görə, hərəkət Üzeyir Hacıbəyov küçəsi ilə hərəkətin əksinə olaraq Cavanşir körpüsünün üzərindən keçərək Yusif Səfərova doğru tənzimlənib.

 

Bölmə rəisi vurğulayıb ki, Neftçilər prospektindən gələnlər Rəşid Behbudov küçəsinin kəsişməsindən 28 maya dönəcəklər, Puşkin küçəsindən gələnlər sağa, Üzeyir Hacıbəyov küçəsi ilə Azadlıq prospektinə, Azadlıq prospektindən gələnlər isə Zərifə Əliyeva küçəsinin kəsişməsindən sağa, Rəşid Behbudov küçəsi istiqamətində hərəkət edəcəklər.

V.Əsədov həmin istiqamət üzrə hərəkət edən sürücülərə həmin günlərdə yol hərəkət istiqamətlərini nəzərə almağı və imkan daxilində ictimai nəqliyyatdan istifadə etməyi tövsiyə edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol