Yalnış da bir naxışdır

18:58 15-07-2020 | icon 4496 | Kürsü
Yalnış da bir naxışdır

Hamının sadəcə bir tələbi vardı - QARABAĞ!

ORXAN CƏBRAYIL

 

Dünən ən çox səslənən fikirlərdən biri bu oldu ki, 30 ildir yatmış xalq, nəhayət ki, oyandı. Bu fikirlə qətiyyən razı deyiləm. Sadəcə xalq yaxın keçmişini və başına gələn faciələri hələ unutmayıb...

 
 
Bəli, dünən mən xalqımızla bir daha fəxr edib, qürur duydum. Heç bir təşkilatçılıq, heç bir çağırış olmadan insanlar qruplar halında millət, dövlət, şəhid eşqinə küçələrə axışdılar. Şəhərin müxtəlif istiqamətlərindən mərkəzə doğru irəliləyib, Şəhidlər xiyabanını ziyarət etdilər, müstəqilliyimizin simvolu olan şəhidlərimizin qutlu ruhlarını qutsayıb, Millətin Məclisinin önünə yığışdılar. Himnimizi oxuyub ürəyi və ruhu orada olub özü orada olmayanların, sinəsini qabartdılar.
 
 
Xalq qəzəbli idi. Saatlarla canlı yayımı izlədim, bir həkim olaraq ilk olaraq virusun tüğyan etdiyi bir vaxtda maska taxmamalarından narahat oldum, daha sonra səsləndirdikləri şüarlarından kövrəldim, yürüyüş irəlilədikcə cəbhədə döyüşlərin getdiyi bir vaxtda hər hansı bir təxribatın olacağından qorxub, narahat oldum. Lakin xalq qəzəbini nə hakimiyyətə yönəltmədi, nə də polisinə. Heç bir zorakılıq, qarşıdurma halı müşahidə edilmədi. Şəhərə, mağazalara və.s iaşə obyekylərinə zərər vurulmadı.
 
 
Hamının sadəcə bir tələbi vardı - Qarabağ!
 
Bu tələb Azərbaycan hökumətinə yönəlik idi. Amma Ermənistana, Rusiyaya və Ermənistana dəstək olan kim varsa, hamısına bir mesaj idi. Azərbaycan xalqının heç bir halda Qarabağdan vaz keçməyəcəyi mesajı.
Lakin sonda bir yalnış oldu. Qeyzlənmiş bir qrup təxribatçı Parlamentə daxil oldu. Video görüntülərdən, dünən gecə yazılanlardan belə anlayıram ki, meydana toplaşmış insanların mütləq əksəriyyəti onlara qoşulmadı, bu provokasiyaya uymadı.
 
 
Bilirəm ki, hadisələrin bu cür gedişi mitinqdə iştirak edən bir çox insanlara da xoş təsir bağışlamadığı və bunun artıq bir təxribat olduğunu bildikləri üçün yavaş-yavaş meydanı tərk ediblər. Bu gün sosial şəbəkələrdə də, müşahidə etdiyim odur ki, iqtidaryönlüsü, müxalifyönlüsü, bitərəfi olaraq toplumun bütün kəsimləri bir qrup başıpozuğun bu təxribatını haqlı olaraq qınayırlar.
 
 
Bu cür təxribatlardan, xaoslardan başına min cür bəla gəlmiş bir xalqıq.
 
90-cı illərdə, ən ağır günlərimizdə həmin Parlamentin qarşısında çox mitinqlər olub, çox qapılar sındırılıb, çox güllələr atılıb. Hansı ki, həmin vaxt Qarabağda ardı-ardına şəhid verir, torpaq itirirdik.
 
 
Yalnış da bir naxışdır dedim. Dünən baş vermiş yalnışların içində gözəl bir naxış vardı.
 
Meydanda təxribata və provokasiyaya rəğmən kütlə yox, xalq gördük.
 
Liderlərin, ziyalıların idarə etdiyi yox, özü-özünü idarə edən xalq. Bu gün isə sosial şəbəkələrdə yazılanları gördükdən sonra isə xalqımla bir daha fəxr etdim.
 
 
Düşünürəm ki, siyasi fikir və düşüncələrimizdən asılı olmayaraq bu davranışımızla sözün həqiqi mənasında millət olma yolunda ən böyük addımlarımızdan birini atmış olduq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür