Fürsətcilər...

19:07 15-07-2020 | icon 4230 | Kürsü
Fürsətcilər...

Onlar hər yerdədirlər, həmişə ayıqdırlar

MÜŞFİQ ƏLƏSGƏRLİ

 

Dərs almaq, nəticə çıxarmaq üçün 14 iyul aksiyası çox gözəl nümunədir. Ən ülvi, müqəddəs, vətənpərvərlik duyğularının təsiri altında atılan addımlarımız da kontekstdən çıxarıla, yanlış istiqamətə yönləndirilə bilər.

 

Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilmiş aksiya cəmiyyətimizdə vətənpərvəlik ruhunun yüksək olduğunu nümayiş etdirmək baxımından əlamətdardır, alqışlanmalıdır. Aksiya iştirakçılarının cəbhəyə yollanmaq üçün səfərbərlik elan olunmasını istəmələri qürurvericidir.

 

Amma fürsətciləri də unutmaq, onlara şans vermək olmaz. Onlar hər yerdədirlər, həmişə ayıqdırlar və hər saniyə hücuma keçə bilirlər.

14 iyul aksiyasından da yararlandırlar. Şəraitdən sui-istifadə edərək, gecə saatlarında prosesin yönünü dəyişməyə cəhd göstərdilər. Milli Məclis binasına soxulmaqla insanlarda 90-cı illərin xaos təəssüratını yaratmaq istədilər.

 

Sosial şəbəkələr vasitəsilə cəbhə xəttində, həm də paytaxtda arzuolunmaz proseslərin baş verməsi barədə yalan məlumatlar yayanlar da bu şəxslərdirlər.


Təhlükəsizliyi və sabitliyi qoruyub saxlamaq naminə məsuliyyətli davranmağa, nizam-intizama riayət etməyə borcluyuq.

Ayıq-sayıqlığı bir an belə unutmaq olmaz.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Sümüklərdə infeksiyalaşma - ƏLAMƏTLƏR və MÜALİCƏ

"Tarkanın hörmətsizliyinə özümüz günahkarıq"

AMİP-in Qurultayı keçirilib

SPECA həftəsinə Azərbaycanın ev sahibliyi etməsi nədən xəbər verir?

"Tarkan tamaşaçılara hörmətsizlik edib"

Günel Qurbanovadan “Dünyamın içində”-yə klip

Sumqayıtı tüstü bürüyüb

Hərbçilərin pensiya yaşı ARTIRILIR

“Napoleon” filminin premyeradan öncə NÜMAYİŞİ

Azad edilmiş ərazilərdə əhaliyə pay torpaqlarının verilməsi GÖZLƏNİLİR

Məktəblinin döyülməsi iddiaları ilə bağlı ARAŞDIRMA

Azərbaycanda ilk dəfə

Qadın karateçimiz ilkə imza atıb

Çinin yeni kəşfi

Azərbaycanın bir sıra bölgələrində qar yağır