“Kimin nə bəyanat verməsi bizim üçün maraqlı deyil”

20:28 15-07-2020 | icon 1279 | Siyasət
“Kimin nə bəyanat verməsi bizim üçün maraqlı deyil”

İqbal Ağazadə: “Özünü zəif hiss edənlər getsin evdə yatsın, bizim qələbəmizi gözləsin”

 

İyunun 12-də Azərbaycanın dövlət sərhəddini pozaraq, sərhədçilərimizi, kəndlərimizi ağır artilleriya zərbəsinə məruz qoyan Ermənistan hərbi quldurları öz işğalçılıq siyasətini yenidən ortaya qoydu. Yaranmış vəziyyəti müxtəlf aspektlərdə təhlil edən ekspertlər erməni silahlılarının Tovuz rayonu istiqamətindən hücuma keçməsini hansısa xarici maraqların təsiri ilə baş verdiyini iddia edir. Görünən odur ki, 30 ildir Azərbaycana qarşı elan olunmamış müharibə aparan  Ermənistan beynəlxalq təşkilatlar tərəfindən heç bir sanksiya və təsirlə üzləşmədikcə daha da azğınlaşır.

 

Nə baş  verir: Tovuzda erməni hərbi təxribatı ilə başladılan müharibənin arxasında hansı məkrli maraqlar və niyyət dayanır. Erməni separatçılarının 30 ildir ki, Dağlıq Qarabağ və ondan kənar 7 rayonumuzda apardığı işğalçılıq siyasətini davam etdirdiyi halda, yeni müharibə meydanının  Ermənistan-Azərbaycan sərhəddində yaradılması kimə lazım idi?

ATƏT, BMT verdiyi bəyanatları ilə hansı mövqeni sərgiləmiş oldular. Yaranmış bu vəziyyət Azərbaycandan hansı təxirəsalınmaz addımların atılmasını tələb edir?

 

Ümid Partiayasının sədri İqbal Ağazadə Versus.Az-a bildirib ki, regionda hansı siyasi oyunların, hansı məqsəd və maraqların güdülməsinə baxmayaraq, Ali Baş Komandanın əmri ilə torpaqlarımızın işğaldan azad olunmasına səfərbər olmalıyıq.

 

Partiya sədri hesab edir ki, bu gün erməni hərbi qüvvələrinin məhz Tovuz istiqamətindən etdiyi hücumun məqsədini, hansı məkrli maraqlardan çıxış etməsinin səbəblərini araşdırmağın özü təəccüblüdür:

 

“Çünki Ermənistanın Azərbaycana münasibəti, niyyəti bəllidir. Onun havadarları regionda erməninin və özünün maraqlarını ifadə etmək üçün Azərbaycan ərazilərini işğalda saxlayıb, müharibə ab-havası ilə psixoloji gərginlik yaradırlar. Tovuzda baş verənlər də bunlardan biridir. İllərdir Azərbaycanın Dağlıq Qarabağ, ondan kənar rayonlar, eləcə də Qazaxda, Naxçıvanda əraziləri işğal olunub. Rayonlarımızın işğal olunması ermənilərin niyyətinin nə olduğunu göstərir. Ona görə də, biz bu gün Tovuzda baş verənlərə görə təəccüblənməməliyik”.

 

İ.Ağazadə hesab edir ki, bütün bunlarla yanaşı Tovuz istiqamətində sərhədlərimizin pozulmasını dünyada, Yaxın Şərqdə baş verən hadisələrin fonunda da dəyərləndirmək olar.  Bu vəziyyəti Türkiyənin münaqişəyə cəlb olunması, Rusiyanın  Ermənistanı açıq dəstəkləməsi və sair çoxsaylı maraq və səbəblər kontekstində şərh etmək olar:

 

“Amma gəldiyim qənaət budur ki, səbəb və məqsəd nə olursa olsun, qarşımızda torpaqlarımızı işğal edən Ermənistan dayanıb. Məsələyə bu aspektdən yanaşılmalı və torpaqlarımızı işğaldan azad etməliyik. Bu gün biz təhlükəsiz yaşam zolağında deyilik. Bizim vətəndaşlarımız, sərhəddə yaşayan insanlarımız, qaçqınlarımız, əsgərlərimiz, sabah əsgərliyə gedəcək hər bir vətən övladı təhlükədə yaşayır. Bu təhlükəni törədən ölkə Ermənistandır və bu məsələ dünyaya çatdırılmalıdır. Bu səbəblər və indiyə qədər baş verənlər bu gün bizə nə etməli olduğumuzu diqtə edir. Edəcyimiz bircə şey var, o da torpaqlarımızın işğaldan azad olunmasıdır. Qoy bundan sonra kimsə buna çeşidli rəy verməyə çalışsın. İşğalçını o yerə qədər məcbur etmək lazımdır ki, gələcəkdə heç bir halda Azərbaycan vətəndaşı üçün təhlükə yaratmasın. Hamı hürr, azadlıq və təhlükəsizlik çərçivəsində yaşaya bilsin. Bizim vəzifəmiz budur: Torpaqlarımızı işğaldan azad etmək, başqa çeşidli səbəblər axtarmağa borclu deylik”.

 

Partiya sədri bəyan edib ki, bu gün müharibənin alternativi yoxdur. Onun alternativini düşünənlər vətəndaşlarımızın təhlükəsiz yaşamına zərər vurmağa yönəlik siyasətin tərəfdarıdırlar:

 

“1988-ci ildə başlayan münaqişəni həll etmiş olsaydıq, bacarıqsızlıq, siyasi savadsızlıq görsətməsəydik, məsuliyyətsizlik etməsəydik, hər kəs öz vəzifəsini yerinə yetirmiş olsaydı, 2002-ci ildə doğulan körpə bu gün Tovuzda şəhid olmazdı. Biz o dövrdə məsuliyyətsizlik etdik, hərə bir yerə dartdı, məsuliyyətini dərk etmədi, sərişdəsiz oldular, qeyri-peşıkar yanaşdılar. Nəticədə münaqişədən 14 il sonra doğulan körpələr bu gün ölür. Bu gün yenə də proseslərə eyni kontekstən yanaşsaq, münaqişədən 30 il sonra doğulan körpələr də öləcək. Nəhayətdə, bunun məsuliyyətini dərk etməli, anlamalıyıq. Mən bu problemin gələcək nəsillərə ötürülməsini istəmirəm. Mən övladlarımın, nəvələrimin, gələcək nəslin sabah bu konfliktdən ağrı-acı çəkməsinin tərəfdarı deyiləm. Buna görə də bu problem bir dəfə qaldırılmalı və həll olunmalıdır”.

 

İ.Ağazadə bu gün Avropa, ATƏT, BMT-dən baş vermiş müharibə ilə bağlı verilən bəyanatlara birmənalı yanaşdı. O, bəyan etdi ki, kimin nə bəyanat verməsi bizim üçün maraqlı olmalı deyil:

 

“Bütün bu bəyanatların hamısını onların vəzifəsi kimi hörmətlə qəbul edirəm. Lakin verilən bəyanatların heç biri nə vətəndaşlarımızın təhlükəsizliyini, nə də dövlətimizin müstəqilliyini və suverenliyini təmin etmir. Bu nə Ermənistanın təzyiqini azaltmır, nə də işğal olunmuş torpaqları geri qaytarmır. Mən də deyirəm ki, torpaqlarımızı işğaldan azad edək, qoy bizim də əleyhimizə, ya lehimizə, xeyrimizə, ya ziyanımıza kim hansı bəyanatı verəcəksə versin, ona da sağ ol deyərik. Kimin bu prosesdə nə oyun oynaması heç nəyi dəyişmir, əsas odur ki, biz nəyi oynayacağıq”.

 

İ.Ağazadə artıq uzun zamandan bəri Azərbaycan ictimaiyyətinin beynəlxalq sferada zəif olması ilə bağlı təbliğ olunan steriotiplərin aradan qaldırılmasının zəruriliyini bəyan etdi:

 

“Biz heç bir qüvvənin yanında zəif deyilik. 10 milyonluq bu xalq qədər zəifdir ki, 2 milyon, 800 minlik erməninin qarşısından qaçsın?!. Biz o qədər zəifik ki, 1 milyonluq çeçenlidən və yaxud vyetnamlı, əfqanıstanlıdan, qədər duruş gətirə bilməyəcəyik.!? Zəif olanlar, özünü zəif hiss edənlər  getsin evdə yatsın, bizim qələbəmizi gözləsin”.

 

İ.Ağazadə belə bir ərəfələrdə Türkiyə-Azərbaycan Konfederasiyasının yaranmasının zəruriliyini qeyri-real hesab edib:

 

“Mən qeyri-real, praqmatik məsələlərdən danışmağa həvəs göstərmirəm. Amma bu da insanların arzusudur və sayğı ilə yanaşıram. Məsələ odur ki, biz hələ ki, çalınan havalara oynayırıq. Öz havamız yoxdur. Biz nəhayət, “öz havamızı sifariş verməliyik – “Heyva gülü”nü”!

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin