Koronavirus peyvəndini hazırlayanlar riskə baş vururlar - XƏBƏRDARLIQ

06:42 16-07-2020 | icon 1141 | Sağlamlıq
Koronavirus peyvəndini hazırlayanlar riskə baş vururlar - XƏBƏRDARLIQ

Sınaqlar bitənə qədər COVID-19 peyvəndini başlamaq risklidir.

 

“RİA Novosti”nin məlumatına görə, bu barədə israilli immunoloq, professor Yakob Berkun xəbərdarlıq edib.

 

Onun sözlərinə görə, vaksin hazırlayanlar epidemiyanın ciddiliyi ilə əlaqədar tələsirlər, ancaq yeganə doğru qərar effektiv vaksin ola bilər.

 

Həkim bəzən laboratoriyaların vaksinin klinik testinin məcburi üç mərhələsini təmin edən mövcud qaydalara riayət etmədiyini vurğulayıb:

“Bəzən sınaqlar paralel həyata keçirilir; əvvəlki mərhələnin nəticələri gözlənilmir və növbəti mərhələyə keçilir. Həmçinin pandemiyanın şiddəti və virusun sürətlə yayılması alimləri tədqiqatın mərhələlərini azaltmağa vadar edə bilər”.

 

Onun sözlərinə görə, elm adamları düzgün həlli tapmaq və peyvəndi sınaqdan keçirmək üçün riskə getmək məcburiyyətində qalır.

 

“Burada dərmanlarla olduğu kimidir. Şiddətli xəstəliklərdə bir çox yan təsir göstərən dərmanlardan istifadə edirik. Ancaq məsələn, allergik rinit olduqda, xəstəliyin özü də ciddi olmadığı üçün yan təsirlərə səbəb olan dərmanlar vermək istəmirik”, - deyə o, bildirib.

 

Xatırladaq ki, Rusiyada Seçenov adına Moskva Dövlət Tibb Universiteti könüllülər üzərində dünyada ilk koronavirus peyvəndinin sınaqlarını başa çatdırıb. Tədqiqat zamanı preparatın insanlar üçün təhlükəsizliyini sübut etmək mümkün olub.

 

Bundan başqa, vaksin sınaqlarından keçən könüllülərdən ibarət ilk qrup evə buraxılıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol