"Sığortalanmayan insanlar gələcəkdə əziyyət çəkəcəklər"

14:04 21-06-2018 | icon 741 | İqtisadiyyat
"Sığortalanmayan insanlar gələcəkdə əziyyət çəkəcəklər"

Bu gün sosial sığortaya cəlb olunmayan insanlar gələcəkdə əziyyət çəkəcəklər.

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitənin iclasında komitə sədri Hadı Rəcəbli deyib.

H.Rəcəbli qeyd edib ki, bu istiqamətdə maarifləndirmə işini gücləndirmək lazımdır:

 

“Əmək və əhalinin sosial müdafiəsi naziri burada qeyd etdi ki, Azərbaycanda 1,2 milyon qeyri-formal məşğul insan var. Bu o deməkdir ki, 1,2 milyon insan sığortaya cəlb olunmur və gələcəkdə sığorta ilə pensiya ala bilməyəcək. Nəyə görə sahibkarlar işçilərin sayını gizlədirlər? Ona görə ki, sahibkarların vergi yükü çoxdur. 22 faiz işəgötürən, 3 faiz isə işçi ödəyir".

 

O bildirib ki, işəgötürənin yükünü azaltmaq lazımdır:

 

"Biz burada bir balanslaşdırma aparmalıyıq ki, sahibkar işçiləri sığortaya cəlb etsin, əks tədqirdə, sığortalanmayan insanlar gələcəkdə əziyyət çəkəcək".

 

GÖZƏL
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı