Sumqayıt şəhər Məcburi Köçkünlər İcmasından Prezidentə və ordumuza DƏSTƏK

21:52 16-07-2020 | icon 731 | Cəmiyyət
Sumqayıt şəhər Məcburi Köçkünlər İcmasından Prezidentə və ordumuza DƏSTƏK

“İdeoloji mübarizəyə səngər müharbəsi qədər əhəmiyyət verilməlidir”

 

Dünən Sumqayıt şəhəri Məcburi Köçkünlər İcmasının bir qrup üzvləri ölkədə tətbiq edilən karantin rejiminə əməl etmək şərti ilə 12-ci mikrorayonda, məcburi köçkünlər şəhərciyində toplaşaraq Ermənistan silahlı qüvvələrinin ölkəmizin Tovuz rayonu istiqamətində təxribat törətdiklərini hiddətlə qınadıqlarını, şanlı ordumuzun düşmənə sarsıdıcı zərbələr vurduqlarından qürur duyduqlarını, dövlət başçısı İlham Əliyevin xarici siyasət, ordu quruculuğu sahəsindəki fəaliyyətini, kadr islahatlarını və korrupsiyaya qarşı qətiyyətli mübarizəsini dəstəklədiklərini bəyan ediblər.


Versus.Az xəbər verir ki, toplantı iştirakçıları düşmənin Azərbaycana qarşı elan edilməmiş savaş açdıqları bir vaxtda xaricdən dəstəklənən bəzi qüvvələrin daxildə çaxnaşmalar yaratmaq istəmələrindən də narahatlıqlarını bildiriblər.

 

Toplantıda çıxış edənlər ideoloji mübarizəyə səngər müharbəsi qədər əhəmiyyət verilməsini diqqətə çəkərək hamını, xüsusən yurd-yuvası işğalda qalan məcbiri köçkünləri bu mübarizədə fəal olmağa səsləyiblər.


Qeyd edilib ki, əgər dərindən araşdırılsa, məlum olacaq ki, Azərbaycan əleyhinə “youtube” kanallarında yalan və böhtan vay-şüvəni salanlar erməni kəşfiyyat orqanlarının ələ aldığı adamlardır. Bəziləri də maddi maraq müqabilində beynəlxalq irtica mərkəzlərinin proyektlərinə cəlb edilənlərdir:

 

“Biz, məcburi köçkün həyatı yaşayan insanlar olaraq həmişə heç bir daxili və yaxud xarici təhdidlərdən qorxmadıq, çəkinmədik, həmişə də dövlətimizi, müstəqilliyimizi qorumaga hazır olduq, bu gün də hazırıq, həmişə də hazır olacağıq!”


Çıxış edənlər eyni fikirlə qeyd etdilər ki, bir gün əvvəl qəhrəmancasına şəhid olan qəhrəman generalımızın nəşinin Sumqayıtda qarşılanması və şəhidlər xiyabanda dəfn edilməsi üçün Bakıya yolasalınma mərasimində minlərlə insanımızın, xüsusilə gənclərimizin Qarabağ uğrunda mübarizədə yüksək ruhlu olduqlarının, dövlətimizin, onun başçısının yanında durduqlarının şahidi olduq:


“Lakin çox təəssüf ki, “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Qarabağ bizimdir, bizim olacaq” və s. patriot ruhlu şüarlarla küçələrə axışan Azərbaycan insanının müqəddəs ruhunu başqa yana yönəltməyə çalışanlar da oldu. Sosial şəbəkələrdə saxta profillər yaradaraq şəhidlərimizə saygısızlıq ab-havası yaratmaq cəhdlərinə də rast gəlmək olur. Biz buna düşmən ideoloji işinin-təxribatının nəticəsi kimi baxırıq. Bir avara Tovuz cəbhəsində hərbi hissəmizin düşmən tərəfindən dağıdıldığı haqda video və səsyazısı yayır, biriləri ölkədə qanunverici orqan olan Milli Məclisin binasına zədə vurur, dövlətə məxsus polis avtomobilini aşırırlar. Ola bilsin ki, həmin hadisəni törədənlərin bəziləri eyforiyaya qapılaraq, anlaqsız vəziyyətdə həmin hadisədə iştirak etmişlər, ancaq onları yönəltmək istəyənlər, xalqımızın yüksək vətənpərvərlik ruhundan əndişəyə düşən arakelin, ivanın, sorosun gədələri daha təhlükəlidirlər, hökmən layiq olduqları cəzalarını almalıdırlar.
Biz əminik ki, dövlətimiz və onun başçısı cənab İlham Əliyev beynəlxalq aləmdə siyasi təminatı təşkil etməklə işğal olunmuş ərazilərimizin tezliklə azad edilməsinə nail olacaq, bizi öz doğma yurd-yuvalarımıza qaytaracaqlar”.


Qeyd edək ki, toplantıda Laçın şəhəri, Sumqayıt şəhər Məcburi Köçkünlər İcma Şurasının sədri Qəzənfər Hüseynov, Qubadlı rayonu, Çay Tumas kəndi, Qarabağ uğrunda döyüşçü Oktay Mahmudov, Cəbrayıl rayonu, Dağ Tumas kəndi, Məmməd Məhəmmədov, Cəbrayıl rayonu, Daşkəsən kəndi, ehtiyatda olan zabit, Qarabağ uğrunda döyüşçü Sevindik Baxşalıyev, Qubadlı rayonu, Mahruzlu kəndi, kənd ağsaqqalı, təqaüdçü Əli Şükürov, Qubadlı rayonu, kənd ağsaqqalı, təqaüdçü Arif İsmayılov, Kəlbəcər rayonu, Qaragüney kəndi, Qarabağ uğrunda döyüşçü Əkbər Əkbərov, Laçın rayonu, Mığıdərə, ehtiyatda olan zabit, şəhid ailəsi, Qarabağ uğrunda döyüşçü Namiq Abbasov, Qubadlı rayonu, Qayalı kəndi, şəhid ailəsi İmran Şükürov, Qubadlı rayonu, Aşağı Mollu kəndi, Salam Qarayev iştirak ediblər.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...