"Bu nə təhsil sistemimiz, nə də dövlət siyasətimiz baxımından qəbulolunandır"

14:11 21-06-2018 | icon 858 | Təhsil
"Bu nə təhsil sistemimiz, nə də dövlət siyasətimiz baxımından qəbulolunandır"

"Son illər ərzində ali təhsil sistemində beynəlxalq səviyyədə akkreditasiya olunan, dünyanın xarici ali təhsil müəssisələri ilə ikili diplom tətbiq edilən birgə proqramların sayı artmaqdadır".

 

Versus.Az xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov Təhsil Nazirliyinin 2017-ci il üzrə hesabat tədbirində çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, bu tipli proqramların dünyanın aparıcı ali təhsil müəssisələrində tətbiq edilməsi azərbaycanlı tələbələrə məhz beynəlxalq səviyyədə akkreditasiya olunmuş proqramlar nəticəsində həmin xarici ali məktəblərə qəbul imkanları verir:

 

"Belə olan təqdirdə, biz azərbaycanlı tələbələrə bu imkanları yaratmadıqda onlar üçün süni maneələr törədirik. Bu nə təhsil sistemimiz, nə də dövlət siyasətimiz baxımından qəbulolunandır. Qanunvericilikdə bununla bağlı dəyişiklik edilməlidir".

 

C.Bayramov qəbul imtahanlarının yeni modelindən danışaraq qeyd edib ki, hazırda bu istiqamətdə Dövlət İmtahan Mərkəzi ilə birlikdə iş aparılır. Nazir gələn ildən tətbiq ediləcək yeni qəbul modelinin üstünlüklərini açıqlayaraq qeyd edib ki, buraxılış imtahanlarının nəticələri ali məktəbə qəbulda nəzərə alınacaq. Məzunlar daha az sayda fəndən imtahan verəcəklər. İmtahan fənlərinin sayı 5-dən 3-ə düşəcək.

 

“Təhsil haqqında” qanunda edilən dəyişiklikləri diqqətə çatdıran nazir bildirib ki, ali təhsil müəssisələrinə qəbul üzrə əsasən 2 dəyişiklik nəzərdə tutulur. Həmin dəyişikliklər beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin müəyyən edilmiş şərtlər yerinə yetirilməklə, təhsil aldıqları dildə tədris olunan ixtisaslar üzrə, beynəlxalq fənn olimpiadaları qaliblərinin istənilən ixtisaslar üzrə, respublika fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qaliblərinin müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunması ilə bağlıdır.

Müəllim peşəsinin nüfuzuna təsir edən tədbirlərin davam etdiriləcəyini bildirən C.Bayramov sertifikasiya mexanizminin tətbiqinin təhsildə keyfiyyət baxımından nailiyyətlər əldə edilməsi üçün vacib olduğunu deyib.

 

A.Zeynallı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı