Sabah heç kimi bəhanə olaraq göstərməyin

15:49 14-07-2017 | icon 817 | Kürsü
Sabah heç kimi bəhanə olaraq göstərməyin

Fazil Mustafa

/millət vəkili/

Radiodan iki gün öncə dinlədim ki, Azərbaycan əhalisi qonşu ölkələrə nisbətdə daha az balıq yeyir və daha az üzgüçülük vərdişlərinə yiyələnirlər. Həqiqətən də müşahidələrimiz, həyat təcrübəmiz göstərir ki, bizdə qoyun-quzu, dana ətinə təlabat daha çoxdur və balıq məhsullarına ən azı Türkiyədəki qədər həvəslilik yoxdur.

Səbəb yalnızca balığın qiyməti və ya əlçatan olması ilə deyil, sadəcə balıq məhsulları daha faydalı olduğu üçün bizim faydalılığa qarşı əks immunitetimizlə bağlıdır. Elmdə, sağlamlıqda, təhsildə, dində necə faydalı olana qarşı total mənfi davranış sərgiləyirik, yeməyimizdə də bu hiss olunur.

Üzgüçülüyü öyrənmək məsələsində də həqiqət payı var. Bu cür dənizə çıxış imkanı hansı xalqda olsaydı, ondan necə faydalanardılar, sahilində hər səhər necə həvəslə idman edərdilər təsəvvürə gətirmək olar. Doğrudur, təhsil müəssisələrimizdə üzgüçülük hovuzu yoxdur, kasıb əhali üçün ümumiyyətlə, üzgüçülük hovuzları əlçatan deyil və bu, idmana həvəsləndirmədə sıfır vəziyyətindədir. Rusiyada uşağı gəlib məktəbdən yalvarıb aparırlar üzgüçülüyə, ləvazimatlarını da alıb verirlər ki, həvəslənib sağlamlıqlarının qeydinə qalsınlar, bizdə isə bu sahədə məqsədyönlü çalışmaların şahidi olmursan. Bununla belə, ən azı dəniz, göl, çay kimi nemətlərimiz var və valideynlər uşaqların üzmək vərdişinə yiyələnməsi üçün vaxt ayırmağa borcludurlar. Dənizdə, göldə, çayda boğulanların statistikasının artması da əsasən bununla bağlıdır.

Biz vaxtilə pioner düşərgələrinə getdiyimizə görə, şanslıyıq. Dağ çaylarının qarşısında bir genişlik tapıb suyun qarşısını daşlarla kəsib çimərdik və üzməyi öyrənərdik. Burada həm də bədənin sağlamlığından, boyun artışından söhbət gedir.

Bakı şəhərində, digər alababat şəhərlərimizdə boy artımına faydalı olan basketbol meydançaları tapmaq mümkün deyil. Çimərliklərdə nadir hallarda normal futbol, voleybol meydançasına rast gəlirsən, hər şey yalnız qarın üçün düşünülür, sağlamlıq üçün gəldiyin yerdə ancaq kabab infrastrukturuna rast gəlirsən, hərə bir qarpızı qoltuğuna vurub gəlir, gedəndə də bir çoxları qabığını öz ədəbsizliyindən xatirə olaraq, sahildə qoyub gedir.

Dərindən düşünsəniz görərsiniz ki, bizim əksər problemlərimiz ATƏT-lə, rusla, erməni ilə bağlı deyil, özümüzə dəyər verməməyimizlə bağlıdır. Odur ki, yeməyinizə, sağlığınıza, beyninizə özünüz diqqət yetirin ki, sabah kimsəni bəhanə olaraq göstərməyəsiniz.

Dünyanın bütün xəstəxanaları azərbaycanlılarla doludur. Pullarımız ora-bura axır, mədə, qaraciyər, ürək-damar problemləri böyük əksəriyyəti girinc edib. Sağlığını vaxtında qorumaq barədə düşünənlər cəmiyyətimizin həddən artıq az faizidir.

Sevindim ki, radioda bu cür problemlərin qabardılması baş verir, ən azı durum dəyərləndirməsini təkrar aparmaq fürsətimiz yaranır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin