Dünya azərbaycanlıları ayağa qalxdı

21:15 17-07-2020 | icon 432 | Cəmiyyət
Dünya azərbaycanlıları ayağa qalxdı

Son günlər dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar Ermənistanın ölkəmizin dövlət sərhədində təxribatlar törətməsinə etiraz olaraq müxtəlif ölkələrdə aksiyalar keçirirlər.

 

Versus.Az xəbər verir ki, aksiyalardan biri Londonda - Ermənistan səfirliyinin qarşısında baş tutub.

 

Bu şəhərdə yaşayan azərbaycanlılar səfirliyin binasının qarşısına toplaşaraq, Ermənistanın Azərbaycanın Tovuz rayonu istiqamətində törətdiyi təxribatlara etirazlarını bildiriblər.

 

“Qarabağ bizimdir, bizim olacaq”, “İşğalçı Ermənistan” şüarları səsləndirən aksiya iştirakçıları Ermənistanın təxribatları dərhal dayandırmasını, Azərbaycan torpaqlarının işğalına son qoymasını tələb ediblər.

 

ABŞ-da yaşayan soydaşlarımız da Vaşinqtonda Ermənistan səfirliyinin qarşısına toplaşaraq, baş verənlərə öz kəskin etirazlarını bildiriblər. Əllərində Azərbaycan və Türkiyə bayraqlarını, erməni təxribatları zamanı qəhrəmancasına həlak olmuş şəhidlərimizin şəkillərini, müxtəlif şüarların yazıldığı plakatları tutan soydaşlarımız Ermənistan səfirliyinin önündə Azərbaycanın dövlət himnini oxuyublar.

 

Növbəti dəstək aksiyası Polşada baş tutub. Həmyerlilərimiz bir qrup erməninin Azərbaycan səfirliyinə qarşı təxribatına cavab olaraq toplaşıb. Azərbaycan səfirliyinin binası önündə vandal aktları törətmək istəyən 30 erməninin yolunu əllərində Azərbaycan bayraqları olan azərbaycanlılar kəsib.

 

Vətənpərvər soydaşlarımız təxribata, Ermənistanın torpaqlarımızı işğal etməsinə etiraz şüarları yazılmış plakatları qaldırıb, Azərbaycanın dövlət himnini, “Əsgər marşı”nı ifa ediblər.

 

Azərbaycanın Rusiyadakı səfirliyinin önündə də azərbaycanlılar yığışaraq, Ordumuza dəstəklərini nümayiş etdiriblər. Səfirliyin qarşısında yığışan soydaşlarımızın qarşısına Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu çıxıb və hər kəsə təşəkkürünü bildirib. 

 

Gürcüstan - Azərbaycan sərhədindəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsi yaxınlığında da Gürcüstan azərbaycanlıları ordumuza dəstək aksiyası keçirib. Aksiyada son günlər Ermənistanın Azərbaycana qarşı törətdiyi hücumlar və təxribatlar pislənib. Soydaşlarımız Azərbaycanın haqlı mövqeyini dəstəklədiklərini bildiriblər.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...