Jurnalist Tahirə Qafarlı döyüşə getmək üçün könüllü oldu

11:25 18-07-2020 | icon 1794 | KİV
Jurnalist Tahirə Qafarlı döyüşə getmək üçün könüllü oldu

“Ya hamımız ölməli, ya da vətəni erməni təcavüzündən xilas etməliyik”

 

 

Bu gün Versus.az İnformasiya Agentliyinin baş redaktoru Tahirə Qafarlı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çağırışına səs verərək, könüllü olaraq Bərdə rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində onlayn qaydada qeydiyyatdan keçib.

 

Versus.Az xəbər verir ki, bu barədə Tahirə Qafarlı özü məlumat verib.

 

Bildirib ki, bir müsəlləh əsgər kimi Vətən torpağının işğaldan azad olunmasına, müdafiəsinə hazırdır:

 

“Nə qədər boynumuzu büküb ağlamalıyıq. Nə qədər Şəhidlərimizə için-için yanmalıyıq. Yetər artıq. Ya hamımız ölməli, ya da vətəni murdar işğalçı erməni təcavüzündən xilas etməliyik”.

 

Jurnalist bildirib ki, artıq 30 ilə yaxındır erməni təcavüzü və terroru nəticəsində ağır itkilər verən, soyqırımına məruz qoyulan Azərbaycan torpağının, insanının hər bir göz yaşının qisası alınmalıdır:

 

“Artıq millət, dövlət, xalq olaraq erməni və onun havadarlarının ölkəmizdə həyata keçirdiyi terrora, özbaşınalığa susmamalı və silaha sarılaraq düşmənə layiq olduğu dərsi verməliyik. Bir Allah şahiddir ki, biz heç bir zaman müharibə istəmədik, insanların haqsız yerə ölməsini, ana-ataların oğulsuz, gəlinlərin ərsiz, uşaqların atasız qalmasını istəmədik. 28 ildir işğalçı Ermənistanı haqqa, ədalətə, beynəlxalq hüququn norma və prinsiplərinə əməl etməyə çağırırıq. Amma görünən odur ki, dünya güclərinin ağalıq maraqları, insan qanının tökülməsindən daha üstün tutulur. Çox təəssüf ki, bu gün beynəlxalq hüququn gücü yox, gücün hüququ işləyir. Ona görə də artıq yetər. Artıq heç bir ATƏT Minsk Qrupu həmsədrlərinin vasitəsi ilə erməni terrorçularını sülhə gətirmək üçün dil tökməyə gərək yoxdur. İndi hərb zamanıdır”!

 

Qeyd edək ki, Versus.Az İnformasiya Agentliyinin baş redaktor müavini Arzu Zeynallı, redaktoru İgid Teymurlu, xaricdəki əməkdaşı Pakizə Babazadə də hərbi komisarlıqda qeydiyyatdan keçiblər.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı