“Bu, onun nüfuzuna xələl gətirə bilməz”

18:41 21-06-2018 | icon 570 | Siyasət
“Bu, onun nüfuzuna xələl gətirə bilməz”

 

Fuad Əliyev: “Söyülməyən adamlar illər boyu “məndən ötdü” deyib, susurlar”

 

 

“Sərdar Cəlaloğlu samballı, ağıllı bir siyasətçidir. Aparılan qara piar  kampaniyası onun nüfuzuna xələl gətirə bilməz”.

 

Bunu Versus.Az-a ALDP sədri Fuad Əliyev ADP sədri Sərdar Cəlaloğluna qarşı bəzi saytlarda və sosial şəbəkələrdə yer alan təhqiramiz yazılarla bağlı açıqlamasında bildirib.

ALDP sədri belə yazıların birdən-birə ortaya çıxmadığını, sifarişli olduğunu deyib. Bildirib ki, bunu hakimiyyət daxilində bir qruplaşmanın digər qruplaşmaya qarşı apardığı mübarizənin nəticəsi kimi qiymətləndirmək daha doğru olardı:

 

“Siyasətlə məşğul olan insanlar vaxtaşırı belə kampaniyalarla rastlaşırlar. Biz də qarşılaşdıq və buna əhəmiyyət verməməyə çalışdıq. Sərdar bəy də buna fikir verməməlidir”.

 

ALDP sədri belə bir situasiyada müxalif düşüncəli siyasilərin bir araya gələrək söyüş kampaniyasına qarşı əks kampaniyaya başlamasını mümkün saymayıb. O, bunu siyasilərin daha çox problemə fərdi maraqlarının qorunması prizamasından yanaşmaları ilə əlaqələndirib:

 

“Neqativ hallara qarşı birgə mübarizənin aparılması ideyası şəxsi maraqların üstün olması üzündən sıfır səviyyəsindədir. Ona görə də hələ ki, söyülməyən adamlar illər boyu “məndən ötdü” deyib, susurlar”.

 

Ləman
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin