"Facebook" istifadəçiləri bu hərəkəti edənləri qınayıblar
Ötən gün sosial şəbəkələrdə millət vəkili Qənirə Paşayeva ilə bağlı xoşagəlməz məlumatlar yayılıb. Millət vəkilinin zədəli qolu haqqında yalana əl atdığını iddia edən fotolar müxtəlif səhifələr tərəfindən paylaşılıb.
Versus.Az xəbər verir ki, bu gün Qənirə Paşayevanın rəsmi “Facebook” səhifəsində həmin paylaşımlara cavab olaraq aydınlıq gətirilib.
Millət vəkilinin köməkçisi tərəfindən yazılan statusda həmin fotoların orijinal variantı təqdim olunaraq belə bir şərh yazılıb:
“Jurnalist Arifə xanımın çəkdiyi selfi fotonu normal çəkilmiş foto ilə “fotoşop” edib yayanlar, çox miskin görünürsünüz. Çünki normal insanlar “fotoşop”un, “güzgü effekti”nin nə olduğunu anlayır. Qənirə xanım heç özü sizə cavab verməyə razı olmadı. Amma biz bunu özümüzə borc bildik.
Bu arada, neçə gündür Qənirə xanımın müalicəsi üçün dəstək olan bütün həkimlərimizə təşəkkür edirik”.
Qeyd edək ki, "facebook" istifadəçiləri millət vəkilinin köməkçisinin stausunun rəy yerində bu hərəkəti edənlərin ünvanına layiq olduğu cavabları yazıblar. Onlar qınanılıb və çirkin niyyətləri qəti pislənib.