Türkiyənin “Anadolu” agentliyi döyüşlərin getdiyi Azərbaycan-Ermənistan sərhədindən fotoreportaj yayımlayıb.
Versus.Az xəbər verir ki, agentliyin yaydığl məlumatda son günlər döyüşlərin ara verdiyi, ancaq gərginliyin davam etdiyi bildirilib.
Qeyd edilib ki, “Anadolu” agentliyinin əməkdaşları iyulun 12-dən ermənilərin atəşə tutduğu Azərbaycan mövqelərindən birində olub.
Bildirilib ki, ermənilərlə qarşı-qarşıya keşik çəkən Azərbaycan əsgərlərinin barmaqları yeni hücumlara qarşılıq vermək üçün hər zaman silahın tətiyində gözləyir.