ALDP Gürcüstanla bağlı BƏYANAT yaydı

11:47 20-07-2020 | icon 314 | Siyasət
ALDP Gürcüstanla bağlı BƏYANAT yaydı

"Gürcüstanın siyasətinə yenidən baxmalı və ona münasibətdə mövqeyimizi dəyişməliyik"

 

Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) Gürcüstanla bağlı Bəyanat qəbul edib.

 
 
Versus.Az xəbər verir ki, bu barədə ALDP-nin mətbuat xidmətindən bildirilib.
 
 
Bəyanatda deyilir:
 
 
"Məlum olduğu kimi, 12 iyulda Ermənistan sülh danışıqlarını pozaraq, qəflətən Tovuz istiqamətindən hücüma keçib, nəticədə hərbçilərimiz həlak olub və yaralanıb.
 
 
Məlum oldu ki, Ermənistan uzun müddətli muharibəyə hazırlaşır. Bir neçə gün əvvəl müxtəlif kalibrli minaatan və digər silhlar Gürcüstan ərazisindən Ermənistana gətirilib. ALDP olaraq bu bizi narahatlandırır və hiddətləndirib.
 
 
Gürcüstan hərbi qarşıdurma üçün şübhə doğurmayan silah-sursat və hərbi texnikanı öz ərazisindən keçirməyə necə icazə verdi? 
 
 
Gürcüstanın ən çətin günlərdə, o cümlədən 2008-ci ilin avqustunda müharibə dövründə Azərbaycan ona öz köməyini göstərdi. Azərbaycan qışda Gürcüstana fasiləsiz elektrik və qazın verilməsini təşkil etdi. Belə dəstəyimizi çox sadalamaq olar.
 
Amma Ermənistan nə etdi? Bir qayda olaraq, beynəlxalq təşkilatlarda Gürcüstanın ərazi bütövlüyünə qarşı səs verdi. Cənubi Osetiya və Abxaziya qondarma respublikaların rəsmiləri ilə bir neçə dəfə görüşüblər. Ermənistan Gürcüstana ərazi iddiası ilə çıxış edərək gürcü kilsələrinin, hətta Cavaxetiyanın ermənilərin olduğunu iddia edirlər.
 
 
Gürcüstan yaddan çıxartmamalıdır ki, Qədim Azərbaycan torpaqları sayılan Borçalı mahalı "qardaş payı" adı ilə Gürcüstana verilib. 
 
Gəncədə zəlzələ zamanı şəhərə qarət məqsədi ilə hücum etmiş gürcülər tərəfindən tarixi Gəncə qapıları Gürcüstana aparılıb. 
 
 
ALDP hesab edir ki, biz onlardan Gəncə qapılarının qaytarılmasını tələb etməliyik.
 
Bu gün Gürcüstanda yaşayan 500 min azərbaycanlının hüquqları pozulur, biz onların yanında olmalıyıq. 
 
 
SOCAR şirkətinin Gürcüstana yatırdığl milyonlarla dollar investisiyalara baxmayaraq, neftimizin nəqlinə görə milyonlarla gəlir götürürlər. 
 
 
Gürcüstana satdığımız qazın qiyməti Azərbaycan vətəndaşına satılan qiymətdən ucuzdur.
 
 
Hesab edirik ki, onlara satdığımız qazın qiymətini qaldırsaq, o zaman onların bizə münasibəti dəyişər və kimin kim olduğunu başa düşərlər.
 
 
ALDP Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstana notanın və ondan Ermənistana silah-sursat və hərbi texnikanın verməsi ilə bağlı rəsmi açıqlamalar tələb etməlidir.
 
 
ALDP hesab edir ki, Azərbaycan dövləti Gürcüstanla siyasətinə yenidən baxmalı və ona münasibətdə mövqeyini dəyişdirməlidir".
 
 
LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin