ABŞ-da erməni təxribatlarına qarşı etirazlar davam edir

01:32 21-07-2020 | icon 648 | Dünya
ABŞ-da erməni təxribatlarına qarşı etirazlar davam edir

Amerikanın paytaxtı Vaşinqton şəhərində Ermənistan səfirliyinin binası qarşısında erməni silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətindəki dövlət sərhədində təxribat törətməsi və Ermənistanın 30 ildən çox Azərbaycana qarşı davam edən təcavüzü ilə bağlı etiraz aksiyası keçirib.

 

Versus.Az xəbər verir ki, Amerikanın Nyu-York, Miçiqan, Nyu-Cersi, Çikaqo və bir çox şəhərlərindən aksiyaya qatılan həmvətənlərimiz Konqres binasının önündən Ermənistanın ABŞ-dakı səfirliyinin qarşısına hərəkət ediblər.

 

Aksiya iştirakçıları “Qarabağ Azərbaycandır”, “İşğalçı Ermənistan”, “Uşaq qatilləri” şüarları səsləndiriblər.  Təxminən bir saat ərzində Vaşinqtonun mərkəzi küçələri ilə hərəkət edən həmvətənlərimizə ABŞ vətəndaşları da dəstək verib.

 

Soydaşlarımızın son dayanacağı Ermənistanın ABŞ-dakı səfirlik binasının önü olub. Onlar Tovuzda erməni təcavüzü nəticəsində  şəhid olan azərbaycanlı hərbi qulluqçuların adlarını səsləndiriblər.

 

Ermənistan səfirliyinin önündə yüzlərlə azərbaycanlının qarşısına sadəcə iki erməni gənc çıxıb. ABŞ polisi səfirlik binasının önündə təhlükəsizliyi təmin edib. 

 

Aksiyada “Sarı gəlin” mahnısı səsləndirilib.

İnsidentsiz başa çatan aksiyanın sonunda bəyanat oxunub. /report/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”