"Çox ciddi şəkildə Gürcüstanla bağlı bəyanat verilməlidir"

01:41 21-07-2020 | icon 546 | Geopolitika
"Çox ciddi şəkildə Gürcüstanla bağlı bəyanat verilməlidir"

Hafiz Hacıyev: “Gürcüstanda erməni kilsəsinə qaz verəndə belə də olmalıydı”

 

Gürcüstan bilməlidir ki, buna cavab olaraq, Azərbaycan verdiyi qazı kəsə bilər”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

 

O, vurğulayıb ki, əgər fakt təsdiqini taparsa, çox ciddi şəkildə Gürcüstana bəyanat verilməlidir:

 

“Biz Gürcüstsana dəyərindən ucuz qaz veririk. Əgər fakt təsdiqini tapıbsa, qazı kəsmək lazımdır. Gürcülərin bu cür riyakarlığının sübutu olaraq, onları yerinə otuzdurmaq lazımdır. Bunların hamısı Azərbaycan hakimiyyətinin daxilində olan satqınların işidir. Əlbəttə ki, Gürcüstanda erməni kilsəsinə qaz verəndə belə də olmalıydı. Belə bir fakt varsa, çox ciddi şəkildə Gürcüstana bəyanat verilməlidir. Gürcüstanda xeyli soydaşımız yaşayır. Onlara da bildirmək lazımdır ki, Gürcüstanla bu cür münasibətdə çox həssas yanaşsınlar və lazım olduqda öz sözlərini desinlər. Düşünürəm ki, yeni Xarici İşlər naziri ciddi addım atmalıdır. Hər halda təəssüfləndirici haldır. Qətiyyən, buna yol vermək olmaz. Gürcüstan bilməlidir ki, buna cavab olaraq, Azərbaycan verdiyi qazı kəsə bilər. Dostla düşmənin seçildiyi dövrdə yaşayırıq. Biz bu qədər humanist dövlət ola bilmərik”.

 

Hafiz Hacıyev, özünün və oğlunun orduya yazıldığını bildirib:

“Mən yeni təyin olunan Xarici İşlər nazirindən çox şey gözləyirəm. Əgər cənab prezidentin tapşırıqları yerinə yetirilməsə, biz yenə öz sözümüzü deyəcəyik. Mən, Ceyhun Bayramovdan çox böyük iş gözləyirəm. İstərdim ki, Azərbaycanın milli maraqlarına uyğun addımlar atsın və cənab Prezidentin verdiyi tapşırıqları sözdə yox, əməldə yerinə yetirsin. Azərbaycanın xarici siyasətdə düşdüyü böhranlı siyasi vəziyyətdən ümid edirəm ki, çıxacayıq. Bundan sonra, illərlə gözləyə bilmərik ki, Ermənistan nə vaxtsa bizim ərazimizdən çıxacaq. Artıq zaman gedir. Biz həm diplomatiyada, həm də hərbidə qətiyyətli olmalıyıq. Torpaqlarımızı qısa müddətdə erməni işğalçılığından azad etməliyik. Hakimiyyətdə erməni mənşəli insanların xoşuna gəlməsə də belə, biz bu addımı atmalıyıq və buna məcburuq. Ali Baş Komandanın tapşırığını gözləyirik. Hamı kimi mən də, övladım da hərbi xidmətə yazılmışıq. Hansı formada desələr, o formada da orduda xidmətimizi edəcəyik. İki əmimoğlu şəhid olub. Üçüncüsü də mən olum. Şəhid olmağa da hazıram”. /Hurriyyet.org-a/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür