ALDP sədri BİZİ təbrik etdi

09:10 22-07-2020 | icon 496 | KİV
ALDP sədri BİZİ təbrik etdi

Fuad Əliyev: “Bu şərəfli və son dərəcə məsuliyyət tələb edən işinizdə uğurlar arzulayıram

 

ALDP sədri Fuad Əliyev Azərbaycan Milli Mətbuatının yaranmasının 145 illiyi ilə bağlı media işçilərini təbrik edib.

 

Versus.Az xəbər verir ki, ictimai-siyasi fəallığı ilə yanaşı jurnalistlərin suallarına açıq olan və medianın dostu olan partiya sədri informasiya mübarizəsində media ictimaiyyətinin rolunu xüsusilə vurğulayıb.

 

F.Əliyev bu çətin mürəkkəb dönəmlərdə media ilə ictimai-siyasi qurumların şəffaf əməkdaşlığının olmasını mühüm sayıb. Onun fikrincə, bir ölkə mediasımın uğurlu inkişafı vətəndaş hökumət orqanlarının birgə əməkdaşlığından asılıdır. Partiya sədri vurğulayıb ki, əlaqələndirici, vasitəçi və xəbər daşıyıcısı olmaqla yanaşı, ictimai fikrin formalaşması prosesində mühüm rola malik olan media, bu gün öz rolunu ictimaiyyətin mediaya nə dərəcədə açıq olnasına adekvat olaraq oynaya bilir.

 

F.Əliyev bütün media işçilərini bu çətin işin öhdəsindən uğurla gəldiyinə görə təbrik edib. Hər bir mefia qrumuna xarici mətbuatda uğurla çıxış edə bilmək imkanı qazanmasını arzu edərək, uğurlar arzulayıb.

 

ALDP sədrinin təbrikini təqdim edirik:

 

“Hörmətli mətbuat işçiləri!

Milli Mətbuat günü münasibətilə bütün jurnalistləri və mətbuat-informasiya sistemində çalışan işçiləri təbrik edirəm. Bu şərəfli və son dərəcə məsuliyyət tələb edən işinizdə uğurlar arzulayıram. Mətbuatın əsasını qoymuş “Əkinçi” qəzetinin nəşri ilə əlaqədar olan bu tarix hər birimiz üçün əlamətdardır.

 

ALDP-nin üzvləri olaraq sizin bizə olan diqqətinizi, o cümlədən bizimlə əməkdaşlığa verdiyiniz önəmi daim yüksək qiymətləndiririk.

 

Hörmətli mətbuat işçiləri!

Sizi bir daha Milli Mətbuat günü münasibətilə təbrik edir, sizə respublikamızda və onun ətrafında baş verən hadisələrin ictimaiyyətə çatdırılmasında, onların geniş analitik təhlil edilməsində, Azərbaycanda gedən demokratik dəyişikliklərin beynəlxalq aləmdə şərh edilməsində obyektivlik, prinsipiallıq, yüksək professionallıq və əsl vətəndaşlıq mövqeyi arzulayıram”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI