“Warner Bros.” şirkəti Kristofer Nolanın yeni “Tenet” filminin premyerasını yenidən təxirə salıb.
Bu barədə “Variety” xəbər yayıb.
Məlumata görə, qərara səbəb kimi koronavirus pandemiyası göstərilib.
“Tenet”in premyerası iyulun 17-də baş tutmalı idi, amma sonra tarix iki dəfə (31 iyul, 12 avqust) dəyişdi.
İndi də “Warner Bros.” Nolanın yeni filminin premyerasını qeyri-müəyyən müddətə təxirə salıb.
“Yaxın gələcəkdə “Tenet” üçün premyeranın yeni tarixini yayımlayacağıq”, - deyə, “Warner Bros.”un sədri Tobi Emmerixin bildirib.
Qeyd edək ki, K.Nolanın dünyanı xilas etmək istəyən gizli agent haqqında çəkdiyi casus trillerində baş rolları Robert Pattinson və Con David Vaşinqton oynayırlar.