"Bəbirləri mühafizə edək!"

14:49 23-06-2018 | icon 1046 | Cəmiyyət
"Bəbirləri mühafizə edək!"

20-22 iyun tarixlərində "Qafqaz bəbirlərinin mühafizəsi" layihəsi çərçivəsində IDEA İctimai Birliyi, Gənclər Fondu, Təhsil Nazirliyi və Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı, Lerik Rayon İcra Hakimiyyətinin dəstəyi ilə "Bəbirləri mühafizə edək!" adlı növbəti ekoloji yay düşərgəsi keçirilib.

 

IDEA İctimai Birliyindən Versus.Az-a verilən məlumata görə, Lerik rayonunun Hamarmeşə, Günəşli, Qosmalian, Çayrud, Vistən, Nuravud və s. kəndlərindən 60-a yaxın məktəblinin iştirak etdiyi düşərgə Lerik rayonunun Qosmalian kəndində keçirilib.

"Bəbirləri mühafizə edək!" yay düşərgəsinin əsas məqsədi Qafqaz bəbirinin məskunlaşdığı təbii areallara yaxın yerlərdə yaşayan gənclərin bu nadir növ haqqında məlumatlandırılması və onun mühafizəsi işinin təbliği, onların məktəb yaşlarından ətraf mühit sahəsində maarifləndirilməsi, təbiətə qarşı rəğbət və qayğı hissinin formalaşdırılmasıdır.

 

Düşərgənin ilk günü iştirakçılar bəbirlərin həyat tərzi, yayıldığı ərazilər və təbiətdəki rolu haqqında geniş məlumatlar əldə edib, bu nadir canlı növünün qorunması mövzusunda seminarlarda, bəbirlərin populyasiyasının azalma səbəbləri ilə bağlı təqdimatda, o cümlədən müxtəlif ekoloji tədqiqat və müsabiqələrdə, biomüxtəlifliklə bağlı bilik yarışmalarında iştirak ediblər.

Düşərgənin ikinci günündə iştirakçıların Zuvand Dövlət Təbiət Yasaqlığına, o cümlədən Günəşli şəlaləsinə ekskursiyası təşkil olunub. Ekskursiya zamanı uşaqlar təmizlik aksiyasında iştirak edib və tullantıları toplayaraq çeşidləyiblər. Daha sonra, gənclər heyvan izlərinin və bitki növlərinin təyin edilməsi ilə bağlı praktiki işlərə qoşulublar.

 

Düşərgənin üçüncü günü, məktəblilərə təbiət fotoqrafı və rejissoru Adrian Stern tərəfindən çəkilən "Dünyanın ən çox axtarılan bəbiri" sənədli filmi nümayiş olunub. Daha sonra “bəbirləri qoruyaq” adlı ekoloji oyun keçirilib. Oyun zamanı iştirakçılar komandalara bölünərək bəbirlərin qanunsuz ovlanmadan xilas edilməsi yollarını tapmağa çalışıblar.

 

Düşərgənin sonunda iştirakçılara sertifikatlar və xatirə hədiyyələri təqdim edilib.

Qeyd edək ki, "Qafqaz bəbirlərinin mühafizəsi" layihəsi IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF Azərbaycan nümayəndəliyinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir. Layihə Qafqaz bəbirlərinin populyasiyasının bərpası və mühafizəsinə yönəlsə də, onun əsas istiqamətlərindən biri də ictimaiyyət arasında maarifləndirilmənin artırılmasıdır. Bu məqsədlə məktəblilər üçün təşkil edilən bu cür yay düşərgələri mühüm əhəmiyyət kəsb edir.

IDEA İctimai Birliyinin təşəbbüsü ilə ətraf mühit və biomüxtəliflik mövzusunda düşərgələr mütəmadi əsaslarla 2014-cü ildən etibarən hər il təşkil edilir. Bu müddət ərzində düşərgələrdə Salyan, Neftçala, Goranboy, Samux, Qax, Şəki, Masallı, Cəlilabad, Yardımlı, Lənkəran, Astara, Göygöl, Lerik rayonlarından ümumilikdə 400-ə yaxın məktəbli iştirak edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı