"Bütün hallarda Azərbaycan öz məqsədinə çatacaq"
Sahib Alıyev: "Fransa kimi bəzi dövlətlərlə gücləri qıcıqlandıran da elə budur"
“Düz 35 il düşmənçilik və təfriqə toxumu səpilən, azərbaycanlılarla hayların etnik uyumsuzluğundan dəm vuran Robert Köçəryan kimi ünsürlərin meydan suladıqları Xankəndinin baş meydandan ilk dəfə sülhə çağırış edildi".
Versus.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Sahib Alıyev bildirib.
Deputat bildirib ki, Prezidentimizin indiki davranışının da arxasında ilk növbədə soyuq məntiq dayanır:
“Əksər böyük güclərin əks mövqedə olmalarına rəğmən Azərbaycanın ikinci Qarabağ savaşında qələbə çalması, ərazi bütövlüyünün bərpası və torpaqları üzərində suverenliyinin tam təmini yönündə atdığı ardıcıl addımlar mahiyyətcə, qlobal konyukturanı dəyişən geosiyasi inqilabdır. Və bu bəlli çevrələrin reallaşdırdıqları rəngli inqilablardan fərqli olaraq dövlətlərin obyektə çevrilməsinə yox, Azərbaycanla yanaşı həm də bütövlükdə regionun subyektliyinin artmasına xidmət edir ki, Fransa kimi bəzi dövlətlərlə gücləri qıcıqlandıran da elə budur.
Ümid etmək istərdim ki, Ermənistanda Azərbaycanın sülh təklifinə müsbət cavabın onların da subyektliyini artıracağını, cənab İlham Əliyevin haylarla çəkişməsiz yaşadığımız vaxtları xatırladarkən nədən Qarabağla yanaşı, İrəvan, Göyçə, Zəngəzur və Dərələyəzin adlarını çəkdiyinin fərqindədirlər. Azərbacan dəfələrlə bildirib ki, hələ sovet dönəmində Qarabağda yaşamış haylarla haydillilərin və doğmalarının geri dönmələrinin əleyhinə deyil. Amma yəqin qarşı tərəf də, onun arxasındakılar da bu dönüş yolunun ikitərəfliliyini, Qərbi Azərbaycanlıların da öz yurdlarına dönməli olduqlarını yaxşı bilirlər. Və onu da yaxşı bilirlər ki, bütün hallarda Azərbaycan öz məqsədinə çatacaq”.
Tahirə Qafarlı
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"