Senator Ermənistan silahlı qüvvələrinin təxribatını kəskin qınayıb

20:52 22-07-2020 | icon 469 | Cəmiyyət
Senator Ermənistan silahlı qüvvələrinin təxribatını kəskin qınayıb

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın rəhbərlik etdiyi Azərbaycan-Pakistan Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupu adından Pakistan İslam Respublikasının Senatına Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində növbəti hərbi təxribatı barədə məktub ünvanlanıb.

 

Versus.Az xəbər verir ki, bu barədə millət vəkilinin özü məlumat verib.

 

Qənirə Paşayeva bildirib ki, məktub Pakistan İslam Respublikası Senatında Azərbaycanla dostluq qrupunun rəhbəri Məhəmməd Talha Mahmud tərəfindən cavablandırılıb:

 

"Senator Məhəmməd Talha Mahmud məktubunda Azərbaycana dəstəyini ifadə etmiş, Ermənistan silahlı qüvvələrinin təxribatını kəskin qınamış, General Mayor Polad Həşimov və Polkovnik İlqar Mirzəyev başda olmaqla qəhrəman şəhidlərimizə Allahdan rəhmət dilədiklərini bildirmişlər. Qardaş Pakistan daima olduğu kimi bir daha Azərbaycanla birlikdə olduğunu ifadə etmişdir. Qardaş Pakistana bir daha təşəkkür edirik!"

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...