Şəkidə leysan yağışları bir sıra fəsadlar törədib

08:55 23-07-2020 | icon 626 | Hadisə
Şəkidə leysan yağışları bir sıra fəsadlar törədib

iyulun 21-dən 22-ə keçən gecədən etibarən ölkənin şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti höküm sürür. 

 

Versus.Az xəbər verir ki, Şəkidə axşam saat 19:30 radələrində şəhərin Aydın Məmmədov küçəsində qaz xəttini ildırım vurub. 

 

Nəticədə qaz xəttində yanğın baş verib. Yanğın Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin şəxsi heyəti tərəfindən söndürülüb.

 

Leysan yağışları nəticəsində rayonun bir-çox ərazisinə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

 

Eyni zamanda iyulun 22-i axşam saatlarından başlayaraq gecə saat 23 radələrinə kimi Şəki şəhərinin mərkəzinə və ətraf yaşayış məntəqələrinə yağan leysan nəticəsində yaranan sel suları daxili yolların asfalt üzlüyünü yuyub. Rayon mərkəzi və ətraf yaşayış məntəqələrində ümumilikdə 15-dən yuxarı evin həyətyanı sahəsinə və yaşayış evlərinin zirzəmilərinə yağış suları dolub. 

 

Leysan və sel sularından xilas olunmaq üçün ərazilərə FHN-in Şəki rayon DYMH texnikaları və şəxsi heyətləri cəlb edilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı