KOMANDOSUN BOZ QURD TAKTİKASI

17:59 25-06-2018 | icon 1394 | Köşə
KOMANDOSUN BOZ QURD TAKTİKASI

 

AZƏRBAYCAN ƏSGƏRİ VƏ SAMVELİN ƏYİLƏN BELİ

 

 

 

İGİD TEYMURLU

 

Uğurlu aprel döyüşlərindən sonra istər ordunun özündə, istərsə də cəmiyyət daxilində itirilmiş torpaqlarımızın tezliklə geri qaytarılacağı istiqamətində toplumun sabaha olan inamı birə beş qat artıb. O zaman Komandosumuz Boz Qurd Taktikasını işə salmışdı: hər şeyi göz önünə alaraq planlı şəkildə düzümlü hücum əmri vermişdi. Ayrıca Döyüşçülərin faciəsiylə nəticələnən gerçəklik bizə həm də Qələbə Sevincini yaşatdı, ayrıca ailələrin övladı kimi əsgəri xidmətə yollanan Oğullar Şəhid olmaqlarıyla, Əlil olmaqlarıyla, Qazi olmaqlarıyla bütöv millətin övladlarına çevrildilər. Paralel olaraq indi Ermənistan adlanan coğrafi ərazidə məskunlaşan haylar arasında da bir qorxu, bir səksəkə hökm sürdü və indi də sürməkdədir…

 

Ordumuzun müdafiə bacarığını heçə endirən, orduda rüşvət və korrupsiyanı yaşam tərzinə çevirən Səfər Əbiyevin müdafiə naziri kimi öz postundan uzaqlaşdırılması və onun əvəzində həmin posta gətirilən Zakir Həsənovun elə ilk əmrlərindəcə "uçan, qaçan nə gördünüzsə, vurun, qırın bu oğraşları!" hayqırtısı və Ali Baş Komandanın qətiyyəti nəinki Azərbaycanı, bütöv bölgəni silkələmişdi. Onda bütün sərsəm iddialılar həmən anladılar ki, Azərbaycan ordusunun başında əsil komandos dayanıb...

 

Səfər Əbiyev komandasının ordu haqqında formalaşdırdığı mənfi rəylər sabun köpüyü olaraq bir andaca yox olub getdi. Üstəlik Zakir Həsənovla birgə rəhmətlik müdafiə sənayesi naziri Yavər Camalovun müəyyən mənada konsalidə olunan fəaliyyətləri Azərbaycanın haqq savaşında sonuncu döyüşə hazırlaşması haqqında əməlli-başlı bir görüntü yaratmışdı. Və elə bununla da zaman-zaman puslara arxalanan erməni çetesinin Azərbaycanı psixoloyi gərginlik altında saxlaması ötən aprel döyüşləri və ordumuzun Naxçıvandakı uğurlarından sonra əks effekt verməyə başlayıb. Özünün heç nəyi olmayan indi Ermənistan adlanan coğrafi ərazidə məskunlaşanlar Azərbaycanın hərbi sənaye kompleksinin səsinin müxtəlif qitələrdən gəldiyini eşidəndə şoka düşdülər. paralel olaraq siyasi müstəvidə qazanılan uğurlar da hərbi düşərgənin arxa cəbhəsinin əmin əllərdə olduğunu nümayiş etdirdi. Ölkədaxili resursların müəyyənləşdirilməsi prosesində sadə xalqın özü də artıq əsgər intizamı ortaya qoymaqdadı. Bugünkü parada olan sevgi də bunu təsdiqləyir.

 

Azərbaycan ordusu düşmən tərəfin həmlələrini dəf edərək əks hücumla dördgünlük müharibədə bütün maraqlı tərəflərə öz kimliyini sübut etdi. Ordumuzun Odundağ yüksəkliyində, Lələtəpədə, Naxçıvanda strateyi əhəmiyyətli postları, yüksəklikləri ələ keçirməsi düşmən tərəfə və onlara dayaq duranlara həm də bir mesaj idi. Qazanılan bu uğurlarda millətin bütövləşməsi, millətin tamlaşması da sabaha olan inamı artırmaqdadı. Ordumuz bizi öz ilkinliyimizə qaytaracaq, dilimizə, elimizə, belimizə sahib çıxaracaq  yeganə ümid yerimizdir.

 

Aprel döyüşü zamanı nəinki Ermənistan adlanan coğrafi ərazidə məskunlaşanlar, bütövlükdə Rusiya imperiyasının özü də ani olaraq şoka düşdü. Dünya silkələndi...

Silkələndi….. və yer üzünə yenə də bir atəşkəs hakim kəsildi…

 

Aprel döyüşlərində Azərbaycan güclə diplomatiyanı birləşdirərək düşmənə meydan oxuyurdu. Xalq da yatmağı özünə haram bildi, müsəlləh əsgər olaraq ayaqda durdu. Urmiyadan Altaylaradək bütün Türk Dünyası döyüş təbili çalmağa başladı…

 

40 milyonluq Güney Azərbaycan rus-fars işbirliyi sayəsində  Azərbaycan dövlətini ikiyə bölən zəncirləri qırmağa doğru səmt götürdü…

 

Qardaş Türkiyədə 80 milyonluq Boz Qurd ordusunun Oyanışı bozqırları titrətdi...

Sibirdə Rusiya imperiyasının bayraqlarından tonqal çatıldı...

Orta Asiya, Pakistan "əmrindəyik Azərbaycan!" dedi…

 

40 milyonluq Güney Azərbaycandakı titrəyiş seyirçi mövqedə dayanan və Ermənistanı aviabenzinlə təchiz etməyi özünə şərəf bilən İranı da dilləndirdi, yanımızda olduqlarını bildirdilər….

Rusiya imperiyası Turan Avrasiya Birliyinin yarandığını zənn etdi...

Rusiya içinə qısıldı...

 

İran köksünü ötürdü, duruxdu, karıxdı…

Azərbaycanın iş problemlərinə, bizm üçün yaradılan süni əngəllərə ikili satandartla yanaşan beynəlxalq təşkilatlar nə baş verdiyini belə anlamadılar…

Avropalıların diliylə desək, “döyüşdə şimşək kimi çaxan, quş kimi uçan türk”ün cəng meydanına atıldığını görən kimliyimizə qənim kəsilən “sivil dünya” təkliflərdə, müraciətlərdə bulundular…

 

YER YERİNDƏN OYNADIĞI BİR GÜNDƏ ÇOX HEYİF Kİ, DÖYÜŞ DAYANDIRILDI!!!

ƏHDİ KƏSİLMİŞ ERMƏNİLƏR GÜLLƏLƏNMƏDİ ETDİKLƏRİ SOYQIRIMA, ETDİKLƏRİ DEPORTASİYA, ETDİKLƏRİ FAŞİZM, SADİZM, HANNİBALİZMƏ GÖRƏ!!!

 

Dayandırılan döyüşün adına nağılbaz millətimiz yenə də qoşmalar, qaravəllilər calaq etdilər. Hərə bir söz danışdı və yenə də danışmaqdadılar. Eyb eləməz, əsas odur ki, millətin inamı özünə qayıtdı. SƏFƏR ƏBİYEVin "kolxoz sədri", Baş Qərargah rəisi kimi NƏCMƏDDİN SADIQOVun  da tarlada bir siluet olduğu apaydın göründü,  kimliyi haqqında informasiyalar gündəmi zəbt etdi…

 

Müdafiə naziriylə həmin Nazirliyin mətbuat xidmətinin operativliyi fonunda Baş Qərargah rəisinin tam fəaliyyətsiz və səriştəsiz olduğu üzə çıxdı. Əslində Nazirliyin özü də neçə illərin qış yuxusundan ayılmışdı. O ayıqlıq indi də Naxçıvan uğuruna gətirib çıxardı, “Laçın dəhlizi nəzarətə götürüldü”.

 

Maraq doğuran hallardan biri də budur ki, sanki cəmiyyətin bütün üzvləri ayrı-ayrılıqda bir informatora çevrilib. Hamı bir olmağa çalışır, səhvlər anındaca düzəldilir, “bu olar, bu olmazlar” dərhal ictimai qınağa tuş gəlir. Üstəlik informasiyaların düşmən tərəfin sosial şəbəkələrdəki paylaşımlarından, onların öz açıqlamalarından əldə edilməsi üçün peşəkar qruplar da səfərbər olub. Sevindirici haldır ki, hələ də sadalanan müsbət çalarlar öz ampluasındadır...

 

Oxucunu anındaca yeni informasiya ilə təmin etmək baxımından mətbu şəbəkəmizdə də inanılmaz irəliləyişlər əldə olunmaqdadır. Azərbaycanın informasiya maşını da işini günün tələbləri səviyyəsində qurmaqla hansısa yollarla düşmən tərəfdən sızdırılan dezinformasiyaların psixoloyi gərginliyini heçə endirmək üçün bütün mümkün vasitələrdən istifadə edir. Belə məqamlarda düşmənin öz diliylə faktları etiraf etməsininsə ayrı bir ləzzəti var.

 

Bu baxımdan elə bu günlərdə qondarma “DQR”-in keçmiş “müdafiə naziri” olmuş general SAMVEL BABAYANın "SivilNet" internet televiziyasına müsahibəsində səsləndirdiyi etiraflar çox şeydən xəbər verir.

 

BAXIN, erməni general da "Azərbaycan böyük sayda müasir silahlara, artilleriya qurğularına, raket və hərbi-hava qüvvələrinə malikdir, gündən-günə də öz hərbi arsenalını genişləndirməkdədir. Ermənistanın nə maddi, nə insan resursları baxımından Azərbaycanla ayaqlaşmaq imkanı yoxdur" deyirdi...

 

Bəylər və xanımlar, bunu sıradan birisi deyil, erməni qəsbkarı, erməni başkəsəni, ermənilərin ictimai-siyasi sferasında kifayət qədər tanınan bir şovinist deyirdi.  Bizim hərbi mundirlilərimiz "lazım gələrsə, İrəvanı vurmaq qabiliyyətinə də gücümüz çatar" deyəndə mətbu qəlsəmələr arasında özünə yer tapan infuzorlar hərbi generaliteti topa tuturdu.

 

İndi görün tər-təmiz türk soyadına bir "yan" artıran Babayan nə deyir: "Azərbaycanlılar Naxçıvanda İsrail və Rusiyadan əldə etdikləri reaktiv sistemlər yerləşdiriblər.  Bu, heç də Qarabağa zərbə endirmək üçün deyil. Əgər məqsəd bu olsaydı, onda həmin sistemləri Naxçıvanda yox, Qarabağla sərhəddə yerləşdirərdilər. Biz çox qorxulu bir situasiyada yaşayırıq. Ermənistan  hücumla bağlı kiçicik bir addım atarsa, Azərbaycan dərhal həmin reaktiv sistemlərdən istifadə edib Yerevanı vuracaq. Naxçıvandan Yerevana olan məsafəsə cəmi 42 kilometrdir. Həmin reaktiv sistemlərsə 70-150 kilometr məsafəni vurur. General formasını geyinib kolxoz sədri kimi bəyanatlar vermək olmaz. Bizim əsgər o qədər raketin qabağında dayana bilməyəcək. Əgər bir dəqiqədə ön xəttə 25 min mərmi düşərsə, orada kiminsə sağ qalacağını heç təsəvvür belə etmək mümkün deyil.  Bəyəm erməni əsgəri mərmini havada ovlayacaq!?"….

 

Baxın, bu da ORDUMUZUN GÜCÜ sayəsində formalaşan erməni pessimizmi, Samvellərin əyilən belləri!!!

 

Zakir Həsənovun əsil paşalıq etdiyi ordumuzun uğurlu aprel döyüşlərinin nostaljisi hələ də yaşanmaqdadır. İndi Ermənistan adlanan coğrafi əraziyəsə bir qorxu, bir səksəkə hakim kəsilib. Qorxurlar ki, onlarda bu qorxunu yaradan türk komandosu yenə də günün birində "qırın bu oğraşları!" əmrini verəcək və onda türklər öz Qərbi Azərbaycanlarına qovuşacaqlar...

O Gün uzaqda deyil…

 

O Gün üçün “müharibəyə alternativ yoxdur” fikriylə razılaşmayanlar sülh yoluyla işğal olunan ərazilərin geri qaytarılması faktlarını göstərə bilərlərmi?

 

Komandosumuzun Boz Qurd Taktikasıyla əldə edəcəyimiz o Günü görmək üçün “ümid Sənədir ancaq, Azərbaycan Əsgəri!”

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi