Türkiyədə Polad Həşimov Alayı QURULDU

12:00 21-07-2020 | icon 327 | Cəmiyyət
Türkiyədə Polad Həşimov Alayı QURULDU

Ermənistanın Tovuz rayonuna hücum etməsi, generalımızın və digər hərbçilərimizin şəhid olması  Türkiyədə yaşayan azərbaycanlıları da qəzəbləndirib.


Versus.az xəbər verir ki, Azərbaycan Təhsil və Mədəniyyət Dərnəyinin təşilatçılığı ilə İstanbuldakı Azərbaycan və Türkiyə vətəndaşları Nuru paşanın məzarı önündə toplaşaraq, general-mayor Polad Həşimovun və digər şəhidlərimizin ruhunu anıb Azərbaycan Ordusuna dəstək nümayiş etdiriblər.


Tədbirdə Türkiyə QHT-lərinin bəyanatı oxunub. 21 QHT-nin imzaladığı bəyanatda Ermənistan tərəfindən beynəlxalq hüquq normalarının pozularaq Azərbaycana qarşı terror və işğalçılıəq siyasəti pislənib. BMT qətnamələrinə uyğun olaraq işğal atında olan toraqları tərk etməsi tələb edilib.


Tədbirdə general-mayor Polad Həşimovun döyüş yoldaşları və qazilər də çıxış ediblər. Onlar şəhir general haqqında xatirələrini danışıb, onun və digər şəhidlərimizin intiqamının alınması və Azərbaycan Ordusuna dəstək üçün General Polad Həşimov Alayını yaratdıqlarını elan ediblər.


Generalın Aprel savaşında əsgəri olmuş Mahir İbrahimov Polad Həşimovun qəhrəmanlıqları və əsgərlərə qayğısı haqqında danışaraq, belə bir hərbçinin şəhid edilməsinin Azərbaycanın müstəqilliyinə, ordumuza vurulmuş xain bir zərbə kimi qiymətləndirib və onun intiqamını almağa hazır olduğunu bildirib.


Tunc Biləkli Budun Eğitim və Töre Dərnəyinin rəhbəri Erdal Oğuz 80 milyonluq Türkiyənin və bütün türk dünyasının Qarabağ uğrunda döyüşə hazır olduğunu, özünü Azərbaycan Ordusunun bir əsgəri kimi gördüyünü, buna görə də Polad Həşimov Alayına yazılacağını deyib.


Beynəlxalq Sülh və İnkişaf fondunun üzvü, Azərbaycan Təhsil və Mədəniyyət Dərnəyinin rəhbəri Aygün Həsənoğlu çıxışında 1918-ci ildə Azərbaycanın xilaskarı Türk ordusunun baş komandanı olmuş Nuru Paşanın məzarının Türk şəhidləri ilə erməni məzarlığı arasında bir sipər kimi durduğunu göstərərək, burada toplanmaqlarının simvolik məna daşıdığını,  yaradılmış alayın Azərbaycan Ordusunun öz arxasında daha bir ordunu hiss etməsi baxımından əhəmiyyətını vurğulayıb.


O, hər bir  Azərbaycan vətəndaşının özünü Ordumuzun əsgəri kimi hiss etdiyini və torpaqlarımıza, müstəqilliyimizə, generalımıza uzanan əllərin qırılmalı olduğunu söyləyib.


Tədbirdə politoliq Ramiyə Məmmədova, Qarabağ qazisi İxtiyar Polad və digər vətəndaşlar, QHT təmsilçiləri çıxış edib, Azərbaycan ordusunu dəstəklədiklərini bildiriblər.


Qarabağ döyüşlərində vuruşmuş ehtiyatda olan polkovnik Akif Qasımovun əmri ilə tədbir iştirakçıları sıraya düzülüb və Nuru Paşanın məzarı önündə General Polad Həşimovun rəsminə əsgəri salam verərək, torpaqlarımız uğrunda canlarını, qanlarını əsirgəməyəcəklərinə, Azərbaycanın bütünlüyünü və müstəqilliyini qoruyacaqlarına and içiblər.


Tədbirdə Türkiyədəki QHT-lərin birgə bəyanatı oxunub. Azərbaycan Təhsil və Mədəniyyət Dərnəyi, Kocaeli Derince Azərbaycan Evi Dərnəyi, Ural Təhsil Mədəniyyət və Stratejik Araşdırmalar Dərnəyi, Azərbaycan Kadınları Kültür Dərnəyi, Türk Halkları Konseyi, Tunç Bilekli Budun Eğitim Kültür və Töre Dərnəyi, Bulgarıstan Türkləri Kültür və Hizmet Dərnəyi, Gənc Azərbaycanlılar Dərnəyi, İraq Türkmənləri Dərnəyi, Ərzurum Mədəniyyət və  Təhsil Vəqfi, Araz Doğa Sporları və Kültür Külubu Dərnəyi, Gənc Azərbaycanlılar Dərnəyi, Dünya Avrasya Tarım Dərnəyi, ümumiyyətlə, 28 QHT-nin imzaladığı bəyanatda Ermənistan tərəfindən beynəlxalq hüquq normalarının pozularaq Azərbaycana qarşı terror və işğalçılıq siyasəti pislənib, BMT qətnamələrinə uyğun olaraq işğal altında olan torpaqları tərk etməsi tələb olunub.


Sonda Azərbaycan ordusuna qatılmaq üçün imza toplanıb.

Gözəl Nəcəfli
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...