Koronavirusdan ölənlərin meyitlərində gözlənilməz dəyişikliklər

08:09 24-07-2020 | icon 450 | Dünya
Koronavirusdan ölənlərin meyitlərində gözlənilməz dəyişikliklər

Koronavirus ürək əzələlərinə, düşünüldüyü kimi, tipik zərər (miokardit) vurmur, əksinə, sözügedən orqana fərqli təsir göstərir.

 

“EurekAlert”in məlumatına görə, ABŞ-ın Yeni Orlean şəhərindəki LSU Sağlamlıq Universitetinin patoloqları tərəfindən edilən bir sıra ekspertizalar bu qənaətə gəlinməsinə səbəb olub.

 

Onlar koronavirusun ürək əzələlərində fərdi hüceyrələrin ölümünə səbəb olduğunu təsbit edib.

 

Eyni zamanda, SARS-CoV-2, ilk SARS koronavirusdan fərqli olaraq, ürək əzələsinin hüceyrələrində olmur. Mütəxəssislər virus infeksiyasını kiçik qan damarlarının hüceyrələrində aşkarlayıblar.

 

Yarılma koronavirusdan vəfat edən 44-79 yaşlı 22 xəstədə - 10 kişi və 12 qadında aparılıb. Onların əksəriyyətinin yüksək qan təzyiqi olub, yarısında ikinci tip diabet müəyyən edilib, 41 faizi isə piylənmədən əziyyət çəkib.

 

COVID-19-dan ölənlərin cəsədlərində gözlənilməz dəyişikliklər barədə danışan professor Riçard Vander Hayde öyrənilməsi gərək bir neçə nəzəriyyə irəli sürüb. Onun sözlərinə görə, bu  xəstəliyi daha yaxşı anlamağa və nəticədə, effektiv müalicə təyin etməyə kömək edə bilər.

 

Qeyd edək ki, Böyük Britaniyada Vestminster Universitetinin alimləri COVID-19-u ağır şəkildə keçirən xəstələrdə ürək əzələlərinin iltihabının – miokarditin yarana biləcəyi barədə xəbərlardıq etmişdi. Bu, ürəyin elektrik keçiriciliyini dəyişir və qanvurma bacarığına təsir göstərir. Nəticədə, bütün orqanlara, o cümlədən ağciyərə oksigen az ötürülür.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı