Gözəllik müsabiqəsinin qalibi üç həftə küçədə qalan oğlunun sayəsində xilas oldu

08:17 24-07-2020 | icon 434 | Maraqlı
Gözəllik müsabiqəsinin qalibi üç həftə küçədə qalan oğlunun sayəsində xilas oldu

Bankir atasını axtaran 14 yaşlı yeniyetmə anasının həyatını xilas edib.

 

Bu barədə “Mash” “Telegram” kanalı xəbər yayıb.

 

Məlumata görə, Kirill Voronin anasının - ötən illərdə “Gözəllik müsabiqəsi”ndə “Missis Moskva” tituluna sahib olan Roza Abdullinanın ciddi ginekoloji xəstəliyini eşidəndən sonra atasının axtarışına başlayıb.

 

Əvvəllər Kirill anası ilə yaşasa da, atası ilə də ünsiyyətdə olub. Ancaq sonra atasının birgə yaşadığı qadın bankirə oğlu ilə danışmağı yasaqlayıb.

 

Üç həftə öncə oğlan atasının mənzilini taparaq, əlində plakatla binanın qarşısında gözləyib. Ancaq ünvana heç kim gəlməyib.

 

 

Bundan sonra Kirill atasının digər ünvanlardakı evlərinə gedib. Ancaq bu da heç bir nəticə verməyib.

 

Son çarəni yeniyetmə sosial şəbəkələrdə video paylaşmaqda görüb. Bu dəfə atası ortaya çıxıb və oğlunu “Məni rüsvay eləmə və anana yazığın gəlsin” sözləri ilə yola salıb.

 

Ancaq bununla belə, uşağın zəhməti hədər getməyib. Videoları izləyən yad adamlar pul toplayaraq, gənc qadına kömək ediblər. Onlar həkimlərlə danışıblar, 10 gündən sonra Rozaya kvota vədi verilib və o, tezliklə əməliyyat olunacaq.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI