“Barmaqarası mikozun müalicəsi kompleks və ya monoterapiya şəkilində aparıla bilər”

10:02 24-07-2020 | icon 17493 | Sağlamlıq
“Barmaqarası mikozun müalicəsi kompleks və ya monoterapiya şəkilində aparıla bilər”

Nərminə Abbasova: “Ayaq barmaqları arasında kök salan göbələk şiddətli qaşınma və suluqlar yaradır”

                                    

Elə xəstəliklər var ki, müəyyən fəsillərdə özünü daha da qabarıq büruzə verir. Məsələn, yay aylarında dəri xəstəlikləri daha geniş yayılır. Nəm və rütubətli mühit də bir çox infeksion xəstəliyin yayılmasının əsas səbəblərindəndir. Belə mühitdə ən çox yayılan xəstəlik ayaq göbələyidir.

 

 

 

Versus.Az oxucularının daimi həmsöhbəti olan Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, həkim-terapevt NƏRMİNƏ ABBASOVA bu dəfə barmaqarası mikozlardan - göbələklərdən bəhs edəcək.

 

Nərminə Abbasova deyir ki, xəstəlik vaxtında aşkarlanıb müalicə olunmazsa, bütün bədən səthinə yayıla bilər. Onun sözlərinə görə, bütün dermatoloji xəstəliklər sırasında dırnaq və dərinin göbələk xəstəliyinin yayılma tezliyi 45%-dir.

Bəs göbələk xəstəliyini vaxtında necə aşkar etmək olar?

 

Nərminə xanım bildirdi ki, göbələk xəstəliyinin törədicilərinə görə göbələk xəstəlikləri rubrofitiya və epidermofitiya olmaqla 2 qrupa bölünür:

 

“Hər iki göbələk xəstəliyinin kliniki görünüşü və inkişaf mexanizmi bir-birinə çox oxşadığı üçün onları “mikoz” adıyla birləşdirirlər. İnfeksiyanın əsas yayılmasına kömək edən dırnaq göbələyi (onixomikoz) və ayaq göbələyidir.

Ayaq və dırnaq göbələklərinin əsas simptomlarına barmaqlar arasında çatlar (adətən 1 və 2-ci, 4 və 5-ci barmaq arasında), dırnaqların həddən artıq qalınlaşması və nazikləşməsi, qaşınma və yanğı hissi, qızartı və dərinin soyulması, çoxqatlı çatların olması, dırnaqlardan xoşagəlməz qoxunun olması aiddir”.

 

Bir çox insanlar nəinki ayaqda, ümumiyyətlə bədənin başqa yerlərində də yaranmış göbələyə səthi yanaşırlar. Ta o vaxta kimi ki, artıq fəsadlar özünü aşırı dərəcədə büruzə verir. Yəqin oxucular üçün də maraqlı olar ki, dərinin göbələklə zədələnməsi zamanı nə baş verir?

 

Həkim-terapevt qeyd etdi ki, dərinin göbələklə zədələnməsi əsasən ayaqdan, xüsusilə barmaqlar arasından çat və dərinin soyulmasından başlayır:

 

“Bir qayda olaraq dəridə yavaş-yavaş qırmızı rəngdə kiçik qabarcıqlar əmələ gəlir, qabarcıqların partlaması nəticəsində dəridə yaralar və çatlar formalaşır. Ayaqdakı göbələyi müalicə etmədikdə proses dırnaqları da zədələyir. Dırnağa düşən göbələk orada inkişaf edib artır. Tədricən dırnaq qalınlaşır, səthi nahamar olur və üzərində sarı rəngli ləkələr əmələ gəlir. Dırnaqlar asanlıqla qırılır, ovulur və estetik görkəmini itirirlər”.

 

Nərminə xanım bildirdi ki, Mikozun müalicəsi kompleks və ya monoterapiya şəkilində aparıla bilər. Onun sözlərinə görə, barmaqarası mikozun müalicəsi kompleks şəkildə aparıldıqda daha effektiv sayılır, bu zaman həm yerli, həm də sistem təsirli vasitələrdən istifadə olunur:

 

 

“Müalicə zamanı həkim dırnaqların lazerlə təmizlənməsi və cihazlarla pedikürunu də məsləhət görə bilər.

Ayaq göbələyinin müalicəsi zamanı xüsusi gigiyenik qaydalara əməl etmək vacibdir. İlk növbədə manikür aləti vasitəsi ilə dırnağın zədəli sahəsini təmizləyin. Bu, dərman vasitəsinin dırnağa nüfuz etməsinə və göbələk infeksiyası ilə mübarizə aparmasına kömək edir. İkinci, həftədə bir dəfə sabun-soda vannası etmək lazımdır ki, müalicə effektiv alınsın. Bu yaxınlarınızın göbələyə tutulma riskini, eləcə də sizin ikinci dəfə yoluxma ehtimalını azaldır. Döşəmə, duş və vanna otağını, şəxsi əşyaları - ayaqqabı, dəri və dırnağa qulluq əşyaları - dezinfeksiya edin. Müalicə zamanı fərdi tərlik və dəsmaldan istifadə edin. Unutmayın ki, corablar gündəlik dəyişilib, yuyulmalıdır”.

 

 

Həkim deyir ki, göbələyin daha çox ayaqda yaranmasının səbəbi ayağın digər bədən üzvəri ilə eyni şəraitdə olmamasıdır. Nərminə xanımın sözlərinə görə, ayaqların daim bağlı qalması, ayaqqabıların hava keçirməməsi, ayağın tərləməsi və nəmli qalması göbələk üçün şərait yaradır:

 

 

“Ayaq barmaqları arasında kök salan göbələk şiddətli qaşınma və suluqlar yaradır. Ayağı qaşıdıqda isə vəziyyət daha da gərginləşir. Ayaqda göbələk varsa, üstəlik təmizliyə riayət edilmir və digər mikroblar da bulaşarsa, vəziyyət daha da pis olur. Göbələyin yaranmaması üçün bədəni daim quru saxlamaq lazımdır. Başqa insanların əşyalarından istifadə etməmək, alanəm corablar geyinməmək, ayaqları mütləq qurulamaq lazımdır. Göbələk nəmli mühitləri sevdiyi üçün mümkün qədər bədəni quru saxlamaq vacibdir".

 

N.Abbasovanın sözlərinə görə, elə göbələk xəstəlikləri də var onların törədiciləri, yəni maya göbələkləri bütün insanların dərisində, selikli qişalarda olur, lakin orqanizm zəiflədikdə, əsasən antibiotiklərin nəzarətsiz qəbulu və gigiyenik qaydalara düzgün riayət edilmədikdə baş qaldırır:

 

 

“Bu zaman dəri və selikli qişalarda qızartılar, qabıqlanma və qaşınma müşahidə olunur. Əgər bu əlamətlər kimisə narahat edirsə, mütləq həkimə müraciət etmək, başqaları ilə yaxından təmasda olmaqdan çəkinmək lazımdır”.

 

 

QEYD edək ki, göbələk xəstəliyi el arasında sağalmaz xəstəlik kimi də məşhurdur. Bir dəfə bu xəstəliyə yoluxan insan zaman-zaman yenidən xəstəliyə yoluxma təhlükəsi ilə üz-üzə qalar deyə bir düşüncə mövcuddur. Lakin həkim bu fikirdədir ki, düzgün müalicə ilə göbələkdən qurtulmaq mümkündür.

 

 

DİQQƏT!

 

Əgər barmaqarası mikozlardan əziyyət çəkirsinizsə, müalicə olunmaq üçün Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin Baş həkiminə - həkim-terapevti Nərminə Abbasovaya müraciət edə bilərsiniz:

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi