Rusiya tarixi yenidən yazmağa çalışmaqda günahlandırılıb

10:24 24-07-2020 | icon 485 | Dünya
Rusiya tarixi yenidən yazmağa çalışmaqda günahlandırılıb

Avropa ölkələri Rusiyanı tarixi yenidən yazmaqda günahlandırıb.

 

Versus.Az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyinin rəhbəri Urmas Reynsalu “Twitter” hesabında ABŞ, Litva, Latviya və Estoniyanın xarici işlər idarələri rəhbərlərinin birgə bəyanatını paylaşıb.

 

O qeyd edib ki, Tallin və Vaşinqton arasında mükəmməl münasibətlər mövcuddur, eyni zamanda Moskva bəzi tarixi hadisələri “təhrif etmək üçün sistematik cəhdlərini” davam etdirir. Söhbət sovet qoşunlarının Baltikyanı ölkələrə daxil olması və Estoniya, Latviya və Litvanın SSRİ-yə birləşdirilməsindən gedir.

 

“Rusiyanın 1940-cı ildə Sovet İttifaqı tərəfindən Baltikyanı ölkələrin işğalı və ilhaqına haqq qazandırmaq məqsədilə tarixin yenidən yazılması ilə bağlı bütün cəhdlərinə qarşıyıq”, - deyə, Urmas Reynsalu və həmkarları Edqars Rinkeviç (Latviya Xarici İşlər naziri), Linas Linkeviçius (Litva Xarici İşlər naziri) və Maykl Pompeonun (ABŞ Dövlət katibi) birgə bəyanatında deyilir.

 

Bundan əlavə, diplomatlar NATO ilə münasibətləri müzakirə ediblər. Baltikyanı ölkələrin nümayəndələri “ABŞ-ın potensial düşmənin qarşısını almaq üçün vacib olan, Avropanın müdafiəsinə verdiyi töhfəni” yüksək qiymətləndirdiklərini vurğulayıblar.

 

Hələ sovet dönəmində Avropa 1939-1940-cı illərdə Baltikyanı ölkələrə münasibətdə SSRİ-nin hərəkətlərini pisləyib və onları işğal kimi xarakterizə edib. Rəsmi Brüssel və Litva, Latviya və Estoniyanın hazırkı hakimiyyəti bu nöqteyi-nəzəri dəstəkləməkdə davam edir.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol