İqbal Ağazadə Rusiyada yaşayan soydaşlarımıza müraciət etdi

11:04 24-07-2020 | icon 584 | Siyasət
İqbal Ağazadə Rusiyada yaşayan soydaşlarımıza müraciət etdi

"Təxribatlara uymayın, gücünüzü Qarabağda başlayacaq son döyüşə saxlamağa səsləyirəm"

 

"Loc-Ancelesdə, Brüsseldə ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşilikdən sonra Rusiyada da analoji hadisə təkrarlandı. Ermənilər azərbaycanlını döyərək video çəkiliş edib sosial şəbəkələrdə yaydılar".

 
 
Versus.Az xəbər verir ki, bunu Ümid Partiyasının sədri İqbal Ağazadə Loc-Ancelesdə, Brüsseldə soydaşlarımıza qarşı edilən vəhşiliklə bağlı açıqlamasında bildirib.
 
 
Bu gecə buna cavab olaraq Rusiyanın bir sıra şəhərlərində azərbaycanlıların baş verən hadisələrə cavab məqsədilə emosional addımlar atdıqlarını vurğulayan partiya sədri Rusiyada yaşayan soydaşlarımıza müraciət edib:
 
 
"Əziz həmvətənlərim, dəyərli qardaşlarım!
 
Ermənistanın təcavüzkar siyasətinin durdurulmasına qarşı dünyanın hər yerində göstərdiyimiz milli birliyimiz düşmənlərimizi də ciddi narahat edir. Haqq işimizdə bizə dəstək vermək istəyən başqa millətlərin də sayı günbəgün artır.
 
 
Belə məqamda təxribat törədərək bizi qarşıdurmaya çəkmək istəyən xüsusi qüvvələr var və olacaq.
Sizi bu təxribatlar vasitəsilə qeyri-qanuni müstəviyə çəkməklə həyatınızı, əmlakınızı, iş yerlərinizi təhlükə altında qoyub zəiflətmək məqsədi güdürlər, birliyimizi pozmağa, bizi dinc müstəvidən savaş müstəvisinə çıxarmaqla haqlı işimizi haqsız göstərməyə çalışırlar.
 
 
Əziz qardaşlar!
Durun! Bu sizlərə, xalqımıza qarşı böyük təxribatdır. Heç kimin emosional çağrışlarına uymayın. Mən hamının yanğısını, nifrətini anlayıram. Lakin bu çıxış yolu, problemin həlli variantı deyil.
 
 
Müharibə orda getmir, siz orda hansı qeyrət, güc göstərsəniz də Qarabağda heç nə dəyişməyəcək.
Savaş Qarabağda olacaq.
 
 
Siz yaşadığınız yerlərdə bizim haqq işimizi müdafiə edən digər millətlərin sayını artırın, xalqımıza qarşı sevgi formalaşdırın.
 
 
İmkanlarınız güclü, münasibətləriniz hüquqi olsun.
 
 
Hamınızı bu təxribatlara uymamağa, olduğunuz yerlərdə qeyri-qanuni addımlar atmamağa, gücünüzü Qarabağda başlayacaq son döyüşə saxlamağa səsləyirəm".
 
 
LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”