Pilot Rəşad Atakişiyevin ölümündən 1 il ötdü
Bu gün Hərbi Hava Qüvvələrinin "MiQ-29" təyyarəsinin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin vəfatının ildönümüdür.
Versus.Az xəbər verir ki, Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin qəzaya düşməsindən düz bir il ötür.
Bu gün qəza zamanı həlak olan Pilot Rəşad Atakişiyevin ailəsi, dostları ikinci Fəxri xiyabanda mərhumun məzarını ziyarət ediblər.
Bu barədə Versus.az-a pilotumuzun qayınatası, tanınmış politoloq Qabil Hüseynli bildirib.
Ziyarətçilər qəhrəman təyyarəçimizin ruhuna dualar oxuyub, məzarı üzərinə gül dəstələri düzüblər.
Xatırladaq ki, Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirərkən qəzaya düşüb.
Allah rəhmət eləsin!
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"