"Ermənistan-Azərbaycan sülh platformasını yaradan təşkilatçılar niyə susur?"

14:28 24-07-2020 | icon 450 | Siyasət
"Ermənistan-Azərbaycan sülh platformasını yaradan təşkilatçılar niyə susur?"

"Soydaşlarımızdan xahiş edirəm ermənilərin provakasiyalarına getməsinlər"

 

Sərhəddə baş verən erməni təxribatından sonra, ABŞ və Avropada yaşayan azərbaycanlılara qarşı ermənilərin törətdiyi vəhşiliyə Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev özünün "facebook" hesabında münasibət bildirib.

 
 
Versus.Az F.Əliyevin həmin paylaşımını təqdim edir:
 
 

"Sərhəddə başlanan erməni hərbi təxribatı Avropa və ABŞ-da yaşayan bizim azərbaycanlılara qarşı davam etdirildi. Dinc aksiya keçirən azərbaycanlılara qarşı ermənilərin törətdiyi vəhşiliyi bütün dünya gördü. Gördü və o vəhşiliyi edən ermənilərin bəzilərini həbs etdi. Bəs “Ermənistan-Azərbaycan sülh platformasını yaradan təşkilatçılar niyə susur? Hardasız? Niyə susmusuz? Niyə Azərbaycana gətirib gəzdirib, yedizdirib, yaxınlarını yad etmək üçün qəbirsanlığa aparıb, gedəndə bəlkə də cibinə pul basdığınız erməniləri çıxartmadız ki, desinlər “ay erməni qardaşlarım, siz nə vəhşilik edirsiz, siz bizim bir xalq kimi adımızı batırırsız, bizə faşıst deyərlər”.

 

Sülh Platforması niyə tapmadı bu erməniləri? Niyə bu platformaya şərik olan ermənilərə demədiz ki, çıxın etirazınızı bildirin? Deməli, istər sərhəddə, istərsə də xaricdə yaşayan azərbaycanlılara qarşı olan təxribatlara şəriksiz!!!


Mən xaricdə yaşayan, amma Vətəni sevən soydaşlarımıza müraciət və səbirli olmağı xahiş edirəm. Xahiş edirəm ki, bu ermənilərin provakasiyalarına getməsinlər. Onların cavabı veriləcək. Heç kimin, nə Şəhidlərin, nə də ki sizlərin qanı torpaqda qalmıyacaq. Biz bir-birimizi qorumalıyıq, çünki biz Böyük Qələbəmizi birlikdə qeyd edəcəyik!"

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əsən Ana əlləri

“İranın bu təhdidləri yeni deyil”

Namiq Qaraçuxurlu konsert turuna BAŞLAYIR

İran XİN Brüssel görüşünə münasibət bildirib

“Ludus”un təsisçisi Bakıda

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Novxanıda ağır QƏZA

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

Qeyri-etik paylaşımlar edən şəxslər HƏBS OLUNDU

“Qarabağın Rəngləri”: Qarabağ Dirçəliş Fondunun yeni layihəsi

MDU rektoru və əməkdaşları şəhid məzunların ailələrini ziyarət edib

Şuşanın Turşsu qəsəbəsinə köçün tarixi AÇIQLANDI

Azərbaycanda Ramazan bayramı münasibətilə namaz qılınıb

Gəncə idmanında yeni mərhələ