Alimlər immunitetin müddətini bir ildən artıq uzatmağın çarəsini tapdılar

12:03 25-07-2020 | icon 1156 | Sağlamlıq
Alimlər immunitetin müddətini bir ildən artıq uzatmağın çarəsini tapdılar

Koronavirusla mübarizə aparmaq üçün alimlər bir ildən çox müddətə immunitet yarada biləcək yeni nəsil peyvəndlər hazırlayır.

 

“RİA Novosti”nin məlumatına görə, bu barədə Corc Meyson Universitetinin professoru, biologiya elmləri doktoru Ança Baranova bildirib.

 

Onun sözlərinə görə, COVID-19 üçün təbii ümmunitetin müddəti qısa olur. Buna görə birinci nəsil vaksin yaratmağın mənası yoxdur.

 

“Sağalanlarda yaranan immunitet iki və ya üç aya bəs edəcək. Beləliklə, əhali mütəmadi olaraq vaksinlənməlidir”, - deyə professor izah etdi.

 

Baranova yeni nəsil vaksinlərin prinsipial olaraq digər texnologiyalara əsaslandığı üçün immunitetin müddətini uzatdığını bildirib.

 

Mütəxəssisin sözlərinə görə, peyvənd vurdurmaq yoluxmaq riskini iki dəfə zəiflədir və xəstəliyi daha yüngül şəkildə keçirməyə kömək edir, ancaq tam müdafiədən söhbət belə getmir.

 

O, həmçinin vurğuladı ki, hazırda istehsala buraxılan vaksinlər ya ölü viruslu vaksinlərdir, ya da bir anticismə əsaslanan rekombinant vaksinlərdir.

 

Rekombinant vaksin vurularkən immun reaksiyasını artıran bir komponentlə birlikdə virusun ancaq bir anticismi tətbiq olunur. Ancaq adətən bu sxemlə əlaqədar olaraq orqanizm vaksinə allergiya reaksiyası  verir.

Alim izah etdi ki, birinci nəsil peyvəndlər digər virusların öhdəsindən gəlir, ancaq COVID-19 üçün yeniləri hazırlanmalıdır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI