Alimlərin qorxunc proqnozu: 30 ildən sonra...

12:54 25-07-2020 | icon 591 | Maraqlı
Alimlərin qorxunc proqnozu: 30 ildən sonra...

30 ildən sonra okeanda plastik tullantıların sayı balıqların sayını keçəcək.

 

“The Independent”in məlumatına görə, Ellek Makartur, Oksford və Lids universitetlərinin, həmçinin, “Common Seas” təşkilatının mütəxəssisləri apardıqları tədqiqatlardan sonra bu qənaətə gəliblər.

 

Onların hesablamalarına görə, təkcə 2016-cı ildə okeana 11 milyon ton plastik tullantı atılıb.

 

Alimlər dünya hökumətlərinin və biznesin plastik qablaşdırmadan imtina etməyəcəyi təqdirdə 2040-cı ildə onların bazarda həcminin iki dəfə artacağını proqnozlaşdırıblar.

 

“Okeana atılan tullantıların həcmi 2040-cı ilə kimi 29 milyon tona çata bilər, 2050-cı ildə isə suda olan plastik kütlələrin sayı balıqların sayını keçəcək”, - deyə araşdırmada bildirilir.

 

Plastik cisimlər xırda hissələrə parçalanmaqla dəniz ekosisteminə zərər vurur.

 

“Ocean Conservancy”nin məlumatına görə, vəhşi təbiətin azı 600 növü okeanda zibilin təsirinə düşüb. Bir sıra balıqlar isə plastik zibili qida ilə səhv salır, sonra isə həmin zibil dəniz məhsulları bazarı ilə insanların qida zəncirinə düşür.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı