Kanadada ermənilərin təxribat istəyi ürəyində qaldı - FOTO

13:31 26-07-2020 | icon 501 | Cəmiyyət
Kanadada ermənilərin təxribat istəyi ürəyində qaldı - FOTO

İyulun 26-da Kanadanın Vankuver şəhərində azərbaycanlı icmasının təşkilatçılığı və iştirakı ilə Azərbaycanın Tovuz rayonu istiqamətində baş verən erməni təxribatına etiraz əlaməti olaraq izdihamlı nümayiş keçirilib.

 

Versus.Az xəbər verir ki, bununla bağlı Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

 

“Vancouver Art Gallery” meydanına toplaşan azərbaycanlılar və burada yaşayan türklər Azərbaycan və Türkiyə bayraqlarını dalğalandıraraq, dövlətimizə və ordumuza dəstək olduqlarını nümayiş etdiriblər. 

 

Nümayişçilər bildiriblər ki, Azərbaycan torpaqlarının işğaldan azad olunması, erməni təxribatlarının dayandırılması, beynəlxalq ictimaiyyətin diqqətinin Ermənistanın işğalçılıq siyasətinə cəlb edilməsi üçün səslərini qaldırıblar.

 

Aksiyanın Kanadanın qanunları çərçivəsində, icazəli şəkildə keçirilməsinə baxmayaraq, nümayişçilər son anda burada da ermənilərin təxribatı ilə üzləşib. Erməni quldurları meydana gələrək aksiyaya mane olmağa cəhd göstəriblər. 

 

Vankuverin azərbaycanlı icması erməni təxribatı ilə bağlı Kanada dövlətinə müraciət edib və aksiyanın keçirildiyi yerdə polislərin sayı daha da artırılıb.

Aksiya insidentsiz başa çatıb.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...