BƏYBALA MİRZƏYEV yazır: Muzdluların anası olmur
Bu dezinformasiyanı yaymağın bir səbəbi, iki məqsədi var
Bu günlər əksər KİV-lərdə guya ki, Ukraynadan olan muzdlu döyüşçülərin Ermənistan-Azərbaycan münaqişəsində Azərbaycan tərəfindən vuruşmaqları barədə "xəbər"lər yayıldı. Mən burada "xəbər" sözünü dırnaq arasında yazmışam. Çünki xəbər adı ilə oxuculara sırınan bu söz yığınları sadəcə və sadəcə dezinformasiyadır, şayiədir, "feyk-xəbər"dir. Özünə hörmət edən heç bir ciddi xəbər saytı belə bir cəfəngiyyatı, "dezo"nu öz manşetinə çıxarmaz.
Bu "dezo"nu Ermənistanın xüsusi xidmət orqanları ortaya atıblar. Və bu dezinformasiyanı yaymaqlarının bir səbəbi, iki məqsədi var.
Səbəb budur ki, son Tovuz döyüşlərindən sonra, indi iki ölkə arasında qızğın informasiya savaşı gedir. Bu savaşda üstünlük gah Ermənistanın, gah da Azərbaycanın xeyrinə dəyişir.
Hazırda üstünlük Azərbaycandadır. Çünki Azərbaycan mediası Serbiyanın, Rusiyanın, Gürcüstanın və İordaniyanın bu və ya digər üsullarla, leqal və illeqal yollarla Ermənistana silah ötürmələrinin üstünü açıb. Ortada ciddi faktlar var. Məsələ böyük rezonans doğurub. Adları qeyd edilən ölkələr beynəlxalq təşkilatların ciddi təzyiqlərinə və hətta sanksiyalarına məruz qala bilərlər.
Bu işin üstünün açılması ilə Ermənistanın özünün də imicinə ağır zərbə dəyib. Və indi rəsmi İrəvan da bunun əvəzini qurşaqdan aşağı zərbələrlə çıxmağı qərara alıb. Ukraynalı muzdluların guya Azərbaycanın tərəfindən vuruşması barədə ortaya atılan "feyk-nyus" da məhz əvəzçıxma aksiyasıdır, kampaniyasıdır. Ermənistan hökuməti bu vasitə ilə Azərbaycanı dünya ictimaiyyətinə potensial müharibə ocağı və təşəbbüskarı kimi, aqressor ölkə kimi tanıtmağa çalışır.
Başqa bir məqsəd isə Ermənistanın özünün bu səpkidə cinayətlərini ört-basdır etməkdir. Çünki Ermənistan istər Birinci Qarabağ Müharibəsində, istərsə də bu son Tovuz döyüşlərində muzdlu döyüşçülərin "xidmət"indən gen-bol istifadə edib. Suriyada, Fələstində, Livanda, Afrikada təlim görmüş muzdlular böyük məbləğdə maliyyə ödənişlərinin (məvaciblərin) qarşılığında Ermənistan üçün vuruşurlar. Bu muzdluların paraları xüsusi fondlar tərəfindən ödənilir. Həmin fondlara isə dünyanın hər yerindən erməni diasporalarının üzvləri mütəmadi qaydada ianələr köçürürlər.
Amma iblis ermənilər növbəti dəfə öz murdar əməllərini bizim ayağımıza yazmağa çalışırlar.
P.S.
Yeri gəlmişkən, Tovuz döyüşlərində düşmənin Müdafiə nazirliyinin ciddi-cəhdlə Ermənistan silahlı qüvvələrinin heç bir canlı itki vermədiyini iddia etməsinin gerçək səbəbi, sirri də məhz bu muzdlular məsələsinin arxasında gizlənir.
Məsələ burasındadır ki, əsl həqiqətdə Ermənistan tərəfindən bu döyüşlərdə onlarla döyüşçü həlak olub. Lakin bu döyüşçülər rəsmi olaraq hərbi xidmətə çağırılmış gənclər deyil. Ermənistan Müdafiə nazirliyi Aprel döyüşlərindəki acı təcrübəsindən sonra artıq gənc əsgərləri atəş xəttinə göndərmir. Çünki Aprel döyüşlərində həlak olan erməni əsgərlərinin anaları Ermənistan hakimiyyətinə böyük gərginlik yaşatdılar.
Odur ki, hazırda Ermənistan Müdafiə Nazirliyi istər Qarabağda, təmas xəttində, istərsə də Azərbaycan-Ermənistan sərhədində (Qazax-Tovuz istiqamətində) silahlı toqquşmalar zamanı yalnız muzdlulardan istifadə edir. Muzdluların ölümünü gizlətmək çox asandır. Həm də ölən muzdlulara görə Ermənistanda heç kim nə Paşinyanın, nədəki Tonoyanın yaxasından yapışmayacaq.
Niyə?
Çünki muzdlular gizlilik prinsipi əsasında, anonim qaydada döyüşürlər.
Bir də ki, muzdluların anası olmur...
Bunu obrazlı dildə dedim. Axı muzdlular hansısa bir münaqişə zonasına döyüşməyə gedərkən, ailələri ilə həmişəlik vidalaşırlar. Çünki muzdla (yəni pul müqabilində) döyüşməyə getmək gedər-gəlməzə getmək deməkdir.
Rusiyanın ÇVK "Vaqner" adlı muzdlu döyüşçülərinin Suriyada, Liviyada və Mərkəzi Afrikada başlarına gələn olaylar da buna əyani misaldır.
P.P.S.
Bu məsələləri dərindən araşdırıb Ermənistanın özünü real faktlarla rüsvay etmək olar.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"