“Alqışlar, Sevinc Osmanqızı, xaricdəki missiyadaşlarından bir xal irəlidəsən”

08:28 28-07-2020 | icon 1673 | Siyasət
“Alqışlar, Sevinc Osmanqızı, xaricdəki missiyadaşlarından bir xal irəlidəsən”

Könül İsmayılova: “Şəhidlik zirvəsinə yüksələn kişini öz övladı necə də yerdən-yerə vurur”

 

“Sanki bir-biriylə bəhsə giriblər ki, kim daha pullu “müştəri” tutacaq. Qurban Məmmədov qurtarır, Sevinc Osmanqızı başlayır, Sevinc Qurtarır, Qənimət başlayır, bu da qurtaranda Vidadisi, Orduxanlısı başlayır. Hamısı da elə bil bir-birinin ağzına tüpürüb, biri fərqli fikir demir. Heç şübhə etmirəm ki, bunların ailələri bunların əməllərinə görə nə qədər utanırlar, xəcalət çəkirlər. Hələ o Osmanqızı Sevinc özünü bir tərəfə, şəhid olan atasını hər gün söydürür”.

 

Bu sözləri Versus.Az-a xaricdə oturub Azərbaycanın Prezidentindən tutmuş mübariz insanına kimi hər kəsi təhqir edən S.Osmanqızı və onun “həmkar”larının çirkin əməlləri ilə bağlı açıqlamasında Müasir Müsavat Partiyasının sədr müavini Könül İsmayılova deyib.

 

Könül İsmayılova bildirib ki, S.Osmanqızının son çıxışı ermənilərin Tovuzu, ordumuzun əsgərlərini atəşə tutmasından, generalımızı, mayor, zabit və sıravi əsgərləri öldürməsindən daha ağır düşmənçilikdir:

 

“Düşməni bilirsən ki, düşməndir, özünü qoruyursan. Belələrini bilmək olmur zərbəni nə vaxt, hardan vuracaq. Alqışlar Sevinc Osmanqızı, xaricdəki missiyadaşlarından bir xal irəlidəsən, yəqin xoşbəxtsən buna görə, necə olmasa erməni havadarların qonorarını artırarlar, bir az da qudurub daha söyüşlərini, millətimizi təhqirləri çoxaldarsan”.

 

S.Osmanqızına vaxtilə ANS-də “Şəhidimizin balasıdır” deyib bəh-bəhlə jurnalistikada meydan verənləri qınayan Könül xanım onun bu gün kimdən nəyin qisasını aldığını anlamadığını vurğulayıb:

 

“Nəyin davasını edir bu adam, damarlarında axan qan nədir ki, Azərbaycana hədəflənib? Çörəyi dizinin üstündə olan bədxah qonşularımızla hansı bağı var? Bu qədərmi sevir onları? Bu qədərmi sivil hesab edir atasının qatilərini? Belə övladı olan atanın goru Allah bilir gündə neçə dəfə çatlayır. Osman Mirzəyevin ruhu xəcalətindən təkrar-təkrar ölür yəqin ki. Şəhidlik zirvəsinə yüksələn kişini öz övladı necə də yerdən-yerə vurur”.

 

Siyasətçi xanım hesab edir ki, S.Osmanqızı başda olmaqla, xaricdə özlərinə “youtube” kanalı açıb Azərbaycanın iqtidarından tutmuş müxalifətinə, sadə vətəndaşına kimi söyən, təhqir edən, dövlətin əleyhinə çıxışlar edib təxribata yönəlik çağırışlar edən kəslərin kanalları bloklanmalıdır. Onun sözlərinə görə, bu antimilli qüvvələrin yayımları dayandırılsa, kanalları bloklansa işlərini sıfırdan başlamalı olacaqlar, yeni kanal yaratmaq məcburiyyətində qalacaqlar. Bu isə kanalın abunəçilərini itirməsi və nəticədə erməni havadarları tərəfindən maliyyələrinin kəsilməsi ilə nəticələnəcək.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür