Qənirə Paşayeva və Ülviyyə Ağayeva vitse-prezident seçildilər

17:41 27-06-2018 | icon 2002 | Gündəm
Qənirə Paşayeva və Ülviyyə Ağayeva vitse-prezident seçildilər

Bu gün AŞPA-nın Azad Demokratlar Qrupunun iclasında Azərbaycan nümayəndə heyətinin üzvləri Qənirə Paşayeva və Ülviyyə Ağayeva sözügedən qrupun vitse-prezidentləri seçiliblər.

 

Versus.Az xəbər verir ki, Azad Demokratlar Qrupunun vitse-prezident postuna ümumilikdə 5 nəfər seçilib.

 

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri Qənirə Paşayeva və Ülviyyə Ağayevanın Azad Demokratlar Qrupunun vitse-prezidenti postuna namizədliyi qrup tərəfindən yekdilliklə dəstəklənib.

 

Millət vəkilləri bu etimad üçün qrup üzvlərinə təşəkkürlərini bildiriblər və qrupu Assambleyada daha fəal təmsil etməyə çalışacaqlarını vurğulayıblar.

 

Qeyd edək ki, seçimdən sonra qrupun iclası AŞPA-da gündəliyə salınan vacib məsələlərin müzakirəsi ilə davam etdirilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI