Qənirə Paşayevadan Əkbər Qoşalının şəhid generalla bağlı təklifinə DƏSTƏK

13:56 28-07-2020 | icon 1884 | Cəmiyyət
Qənirə Paşayevadan Əkbər Qoşalının şəhid generalla bağlı təklifinə DƏSTƏK

"Adının Tovuzda əbədiləşdirilməsi şəhid generalımıza vəfa borcumuz olar"

 

Əslən Tovuzdan olan araşdırmaçı-yazar Əkbər Qoşalı maraqlı bir təkliflə çıxış edib. O, bir neçə gün öncə öz sosial media hesabında müvafiq “post” paylaşaraq, Tovuz şəhərinin küçə və ya meydanlarından birinin “Şəhid General Polad Həşimov” yaxud “Şəhid General” adlandırılması barədə təkliflə çıxış edib. Və millət vəkilləri Qənirə Paşayevayla Arzu Nağıyevin bu məsələyə münasibət bildirməsini istəyib.

 

Versus.Az xəbər verir ki, həmin təklif sosial media iştirakçısı olan tovuzlular, vətənpərvər gənclər, ziyalılar, millət vəkilləri və başqaları tərəfindən müsbət qarşılanıb, təqdiredici yorumlar yazılıb.

 

Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva belə bir təklifə və təklifə bəslənən münasibətə görə məmnunluğunu ifadə edib:

 

"Tovuzu Milli Məclisdə təmsil edən bir millət vəkili olaraq, bu təklifi alqışlayıram. Hesab edirəm ki, çox məqsədəuyğun təklifdir. Bildirmək istərdim ki, öz tərəfimdən Tovuz rayon İcra hakimiyyətinə və digər əlaqədar orqanlara bu barədə rəsmi məktubla müraciət edəcəm. İnanıram ki, Tovuzun küçə və ya meydanlarından birinin deyildiyi kimi, “Şəhid General Polad Həşimov”, “Şəhid General” və ya “General Polad Həşimov” adlandırılması hər kəsin ürəyincə olardı. Şanlı generalımız əziz canını canından əziz sevdiyi Vətən torpaqları uğrunda məhz Tovuzda fəda edib, adının digər şəhər-rayonlarımızla (Qəbələ, Sumqayıt, Bakı…) yanaşı, (məncə, ilk növbədə) Tovuzda əbədiləşdirilməsi hərbi-vətənpərvərlik işinə, gənc nəslin tərbiyəsinə öz müsbət təsirini göstərməklə yanaşı, bizim vəfa borcumuzun ifadəsi olardı.

 

Şəhid generalımıza və onun şəhid silahdaşlarına ulu Tanrıdan rəhmət, yaralı hərbçilərimizə möhkəm can sağlığı diləyirəm! Vətən sağ olsun!"

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol