Deputat bu gün vəfat edən jurnalistdən YAZDI

15:41 28-07-2020 | icon 2196 | Cəmiyyət
Deputat bu gün vəfat edən jurnalistdən YAZDI

"Rahat yat əziz insan, 17 yaşlı tələbə qardaşın, günəş üzlü anan, polad əzəmətli atanın yanındasan artıq"

 

"15 il idi ki, həmişə Sən yazırdın məndən, indi isə ilk dəfə mən yazıram Səndən dəyərli insan".


Versus.az
 xəbər verir ki, bunu deputat Rəşad Mahmudov jurnalist Əmrah Fəqanoğlunun vəfatı ilə bağlı bildirib.

R.Mahmudov jurnalistlə bağlı xatirələrini belə davam etdirib:

“2005 ci ildə bölgələrdə ilk "açıq ürək əməliyyatları humanitar aksiyası"na start verərkən mətbuat xidmətinin rəhbəri kimi tanıdım Səni. Həyatımda ilk dəfə Sənin uzatdığın mikrofona titrək və həyəcanlı səsimlə müsahibə vermişdim. İlk dəfə Sən duymuşdun sənətim və vətənimlə qürur keçirdiyim o anları. Sonra ötən 15 il.

Həssaslığın, diqqətin, təmənnasızlığın, sənətinə, vətəninə, dövlətinə və onun rəhbərinə qarşı olan sevgin, mənə qarşı olan məhəbbətin nə qədər də gözəl idi əziz dost.

22 iyulda Sənə göndərdiyim mesajım 15 ildə ilk dəfə idi qarşılıqsız qaldı, nakam qaldı.

Əmrah Fəqanoğlu - Sən tarixə “2020 ci il mətbuatımızın şəhidləri” sırasına qatıldın artıq! Sən mətbuat tariximizə sadə, ləyaqətli, peşəsinə və sənətinə sadiq jurnalist kimi qatıldın!

5 aydır gecə-gündüz demədən mübarizə aparan ölkə mətbuat işcilərinin fədakarlıqlarının simvollarından oldun artıq! Sən, sən, sən artıq....!

Rahat yat əziz insan! “Facebook”da paylaşdığın 17 yaşlı tələbə qardaşın, günəş üzlü anan, polad əzəmətli atanın yanındasan artıq! Ruhun şad olsun!

 

Çox hörmətli mətbuat nümayəndələri başınız sağ olsun! Vətən var olsun!

22 iyulda “Milli Mətbuat Günü”ndə çox böyük ümidlərlə göndərdiyim mesajım Sənə son hədiyyəm olsun”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı