DEPUTAT: "Bəstəkarın məzarı öz yerində qalacaq"

18:27 28-07-2020 | icon 579 | Mədəniyyət
DEPUTAT: "Bəstəkarın məzarı öz yerində qalacaq"

Bugünlərdə, tanınmış teatrşünas Anar Bürcəliyev və Gəncədən bir neçə başqa ziyalı Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevaya müraciət edərək, Əməkdar incəsənət xadimi, görkəmli bəstəkar Qəmbər Hüseynlinin qəbirüstü abidəsinin yerləşdiyi ərazinin hasara alındığını bildirərək, məzarın ərazidən köçürüləcəyi və yerində çoxmərtəbəli bina tikiləcəyi ilə bağlı xəbərlərdən narahatçılıq ifadə ediblər.

 

Versus.Az xəbər verir ki, millət vəkili Qənirə Paşayeva ziyalıların bu narahatçılığını bölüşərək Mədəniyyət komitəsi adından əlaqədar orqanlara, o cümlədən Gəncə şəhər İcra hakimiyyətinin başçısı hörmətli Niyazi Bayramova rəsmi müraciət göndərib.

 

Müraciətdə ölməz "Cücələrim"-in müəllifi Qəmbər Hüseynlinin qəbirüstü abidəsinin yerləşiyi ərazidə ziyalıların da bildirdiyi kimi, çox mərtəbəli yaşayış binası deyil, tam əksinə tematik bir parkın olmasının qədim Gəncəmiz, bütövlükdə ölkəmiz üçün daha önəmli olması ilə bağlı fikirlər də qeyd edilib.

 

Q.Paşayeva açıqlamasında vurğulayıb ki, Niyazi müəllim ziyalıların, şəhər sakinlərinin narahatlığına son qoyulacağını bildirib:

 

"Eyni zamanda birmənalı şəkildə bildirib ki, görkəmli sənətkarın məzarı köçürülməyəcək və o ərazidə çoxmərtəbəli bina tikintisinə imkan verilməyəcək. Və Qəmbər Hüseynlinin məzarı öz yerində qalmaqla ziyalıların da istəyinə uyğun olaraq, sözügedən ərazidə, uşaqlar üçün tematik park yaradılacaq. Ölkə və şəhər əhəmiyyətli məsələlərdə ziyalıların, Gəncə sakinlərinin mövqeyinin dinlənilməsi çox müsbət hadisədir. Cənab Prezidentin də dəfələrlə vurğuladığı kimi, ictimai nəzarət çox vacibdir və ümumi işin xeyrinədir".

 

Mədəniyyət Komitəsinin sədri öz dəyərlərinə yiyə duran, haqlı səsini ucaldan ziyalılarımıza və onların səsinə səs verən şəhər icra hakimiyyəti rəhbərliyinə təşəkkürünü ifadə edib.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI