"Zəyəmçay su anbarı Tovuz üçün həyatı önəm ərz edən layihələrdəndir"

11:52 29-07-2020 | icon 749 | İqtisadiyyat
"Zəyəmçay su anbarı Tovuz üçün həyatı önəm ərz edən layihələrdəndir"

"Zəyəmçay su anbarı Tovuz üçün həyatı önəm ərz edən layihələrdəndir. Səsimizə dəstək verdiyiniz üçün təşəkkürlər cənab Prezident!"

 

Versus.Az xəbər verir ki, bu sözləri Prezidentin “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı ilə bağlı açıqlamasında Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva deyib.

 

Qeyd edək ki, iyulun 23-də Azərbaycan Prezidenti cənab İlham Əliyevin yanında keçirilən video-müşavirədə su təsərrüfatının vəziyyəti ətraflı müzakirə olunmuş, nöqsanlar, çaztışmazlıqlar qeyd edilmiş və çıxış yolları ilə bağlı məsələlər müzakirə olunub. Prezidentin tapşırığına uyğun olaraq, bu sahədə təxirəsalınmaz tədbirlər görülməkdədir və artıq “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2020-ci il 27 iyul tarixli Prezident Sərəncamı imzalanıb.

 

Millət vəkili vurğulayıb ki, sözügedən Sərəncamın “Tədbirlər Planı”na 2 saylı “Əlavə”də, dağ çayları sularının yığılması üçün relyefə uyğun yaradılması nəzərdə tutulan su anbarlarının siyahısı təsdiq olunub:

 

"Bu siyahıda Zəyəmçay su anbarının da nəzərdə tutulduğu üçün çox şadam. Zəyəmçay su anbarı, parlamentdə təmsil etdiyim Tovuz rayonu üçün (digər yaxın rayonlar üçün) su ehtiyacını ödəmək, kənd təsərrüfatının inkişafı, özəlliklə əkinçilik sahələrinin sulanması baxı-mından çox önəmli su strukturudur. Parlamentdə Tovuz sakinlərinin səsini duyuraraq, su çatışmazlıqları mövzusunda çıxışlar etmiş, bu barədə Baş nazirə rəsmi məktubla müraciət etmiş bir Millət vəkili olaraq mən, cənab Prezidentin bu yeni Sərəncamının məqsədyönlülüyünü, həyati vacibliyini çox yaxşı başa düşürəm.

Dövlət başçımıza çox minnətdarıq ki, həmişə olduğu kimi, yenə də, xalqın ehtiyaclarına, vətəndaşın narahatçılıqlarına təxirəsalınmadan münasibət bildirdi. Bu münasibət dövlət başçısının imzaladığı sənədlərlə öz yüksək və konkret hüquqi həllini tapır; inanırıq ki, müvafiq dövlət orqanları da öz üzərlərinə düşən vəzifələri və məsuliyyıti eyni ruhla yerinə yetirəcəkdir".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol