Vəndamda Polad Həşimovun xatirəsi belə əbədiləşdirildi

15:34 29-07-2020 | icon 741 | Cəmiyyət
Vəndamda Polad Həşimovun xatirəsi belə əbədiləşdirildi

Cəbhənin Tovuz rayonu istiqamətindəki qanlı döyüşlərdə qəhrəmancasına şəhid olan (iyulun 14-də) general-mayor Polad Həşimovun valideynlərinin dogma kəndində posteri asılıb... 



Bu barədə Versus.Az-a Qəbələ rayonunun Vəndam kəndinin sakinləri məlumat veriblər. Qeyd edək ki, Polad Həşimov əslən bu kənddəndir.



Sakinlər bildiriblər ki, kənddə asılmış nəhəng poster onlara fəxarət hissi yaşadır.



Əslən Qəbələnin Vəndam kəndindən olan general-mayor Polad İsrayıl oğlu Həşimov 1975-ci ildə Sumqayıtda doğulub. Orta məktəbi də elə həmin şəhərdə bitirib. Ali hərbi məktəbi Azərbaycanda, hərbi akademiyanı isə Türkiyədə oxuyub. 

 

2003-cü ildə "Hərbi xidmətlərə görə " medalı ilə təltif edilib. 2009-cu ildə isə "Vətən uğrunda" medalına layiq görülüb. 2014-cü ildə III dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. 2016-cı ildə "Aprel döyüşləri" zamanı göstərdiyi qəhrəmanlığa görə,  II dərəcəli "Vətənə xidmətə görə" ordeninə layiq görülüb. 

2019-cu ilin 24 iyununda Polad Həşimova general-mayor rütbəsi verilib. İki oğlu və bir qızı var.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı