Erməni təxribatı və məğlubiyyətinin başlanğıcı

16:59 29-07-2020 | icon 521 | Siyasət
Erməni təxribatı və məğlubiyyətinin başlanğıcı

Bəhruz Məhərrəmov: “Onların rolu öz maraqları naminə Azərbaycanın kiminsə forpostuna çevrilməsinə şərait yaratmaqdır”

 

12 iyulda erməni hərbçilərinin Tovuz istiqamətində başlatdığı 4 günlük müharibə və ardınca da erməni təxribarının xarici ölkələrdə dinc aksiya keçirən azərbaycanlılara qarşı yönləndirilməsi erməni vandallığını ortaya qoymaqla yanaşı, işğalçı Ermənistanın məğlubiyyətinin yaxın olduğunu göstərdi.  Ekspertlər xaricdə baş verən təxribatlarda əsas məqsəd kimi torpaqların işğaldan azad olunmasına yönələn Azərbaycan ictimaiyyətinin ruh yüksəkliyinin, birliyinin sarsıdılmasına hesablandığını önə çəkirlər. Mövcud nəticələr nəyi diqtə edir və işğalçı Ermənistanın məğlubiyyəti özünü nədə ifadə edir?

 

Bu və ya digər məsələlərlə bağlı Versus.az-a açıqlama verən millət vəkili Bəhruz Məhərrəmov Tovuz istiqamətində baş verən hadisələrdə ermənilərin məğlubiyyətini əks etdirən detallara diqqət çəkib:

 

“Erməni hərbçiləri Azərbaycanı təxribata cəlb edə bilmədi və bu döyüşdə ərazilərimizi ələ keçirmək niyyəti gözündə qaldı. Ermənilərin 100-dən artıq canlı qüvvəsi, bir neçə hərbi texnikası və hərbi anbarları darmadağın edildi. Bu, ermənilərin məğlubiyyət idi. Daha sonra ermənilərin KTMT-ı dövlətlərindən dəstək ala bilməməyi, eləcə də erməni diasporası üçün ən vacib platformalardan olan ABŞ Konresində Azərbaycanla bağlı edilən müvafiq düzəlişlər erməniləri daha da azğınlaşdırdı”.

 

B.Məhərrəmov bildirib ki, Ermənistanın ölkə xaricində atdığı addımlar beynəlxaq müstəvidə həyata keçirilən təxribatlar idi və bütün bunlar Paşinyanın ölkə daxilində reytinqinin aşağı düşməsi fonunda baş verirdi:

 

“Ermənilər bununla dünyada ikinci Sumqayıt eyforiyası yaratmaq istəyirdilər. Lakin xüsusən Mehriban xanım Əliyevanın çağırışlarından sonra təxribatlardan çəkinməyi bacardılar və bu gün də buna çalışıralar”.

 

B.Məhərrəmov bildirib ki, hazırkı mövcud həssas vəziyyət, koronovirusun iqtisaiyyatımıza vurduğu zərbə, həmçinin neftin qiymətinin aşağı düşməsi və sair  hallar bir sıra antiazərbaycan qüvvələrini aktivləşməyə sövq etdi. Onlar Azərbaycanın zəifləməsi eyforiyasında idilər:

 

“Lakin yaxşı bilirik ki, bu, belə deyil. Dünyanın 150 dövləti covid 19 virusundan əziyyət çəkdiyinə görə beynəlxalq qurumlara müraciət etsə də, hələ ki, Azərbaycan kömək üçün heç bir müraciət etməyib və öz gücü ilə ayaqda qala bilir. Lakin bu həssas dönəmdən istifadə edən həmin ünsürlər aktivləşməyə cəhdlər etdi.

Daha acınacaqlı məqam budur ki, onlar ermənilərin son təxribatlarının fonunda Azərbaycanı günahlandırıb, Azərbaycan torpaqlarının müəyyən ölçüdə Ermənistana güzəştə gedilməsi ilə bağlı  cəmiyyətə mesajlar verdilər. Bunlar vahid istiqamətdən idarə olunan fərqli şəxslərdir. Lakin onları maraqlar birləşdirir. Onların rolu Azərbaycanda öz maraqlarını həyata keçirmək, öz maraqları naminə Azərbaycanın kiminsə forpostuna çevrilməsinə şərait yaratmaqdır. Azərbaycan cəmiyyəti yekdildir, vahiddir bu kimi hallara və təxribatlara yol verməyəcək”.

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı