Şəhid polkovnik İlqar Mirzəyevin ailəsi ziyarət edilib

09:51 30-07-2020 | icon 1005 | Cəmiyyət
Şəhid polkovnik İlqar Mirzəyevin ailəsi ziyarət edilib

"Onu hər zaman sevgi və rəhmətlə anacağıq"

 

Millət vəkilləri Qənirə Paşayeva, Məşhur Məmmədov, Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı Tovuzda düşmən hücumunu dəf edərkən qəhrəmancasına şəhid olmuş polkovnik İlqar Mirzəyevin ailəsini ziyarət ediblər.

 

Versus.Az xəbər verir ki, millət vəkili Qənirə Paşayeva şəhid polkovnikin ailə üzvlərinə, onun və silahdaşlarının şəhid olmasından cəmi 4-5 saat öncə etdiyi söhbətlərdən danışaraq, polkovnikin və silahdaşlarının qətiyyət və fədakarlığının, yüksək vətənpərvərlik ruhunun canlı şahidi olduğunu deyib. Onun öz həyatını vətən şərəfini, zabit şərəfini uca tutaraq yaşadığını, övladlarına əvəzsiz mənəvi miras qoyduğunu bildirib.

 

Millət vəkili kimi ön cəbhədə xidmət edən hərbçilərimizlə ardıcıl görüşlərindən xatirələr bölüşən Qənirə Paşayeva, Tovuzda düşmən hücumunun dəf edilməsi zamanı hərbçilərimizin necə yüksək ruhla, dönməzliklə irəli atıldığını, düşmənə sarsıdıcı zərbələr vurduğunu qürur hissi ilə danışıb. O, İlqar Mirzəyevin o cümlədən Tovuz istiqamətində qəhrəmanlıqla şəhid olan digər qardaşlarımızın həyat yolu ilə bağlı məqalələr və haqlarında xatirələr toplanmış kitabların nəşri planından xəbərdar olduğunu vurğulayıb. Millət vəkili gənc nəsillərimizin bu qəhrəman qardaşlarımızı daha geniş tanımasına xidmət edən layihələrə hər zaman dəstək olacağını qeyd edib.

 

Millət vəkili Məşhur Məmmədov İlqar Mirzəyev və silahdaşlarının öz şəhidlikləri ilə milli birliyə, həmvətənlərimizin ümumdünya səviyyəsində həmrəyliyinə çox böyük xidmət göstərdiyini deyib.

Hər iki Millət vəkili şəhid polkovnikin övladlarının təhsilini davam etdirməklə bağlı arzuları, qayğıları ilə maraqlanıb.

Qeyd olunub ki, - "Şəhidlərimizin hər birinin ailəsi dövlətimizin ali rəhbərliyinin, cənab Prezidentimizin və hörmətli Mehriban xanımın yüksək diqqətindədir və bizim hər birimizin də borcu, şəhid ailələrinə münasibətdə ali rəhbərlikdən örnək götürməkdir".

Yazar Əkbər Qoşalı, şəhidin ailə üzvləri ürək sözlərini bölüşüb.

 

"Nur içində yatsın qəhrəman qardaşımız. Onu hər zaman sevgi və rəhmətlə anacağıq. Allah gözəl ailəsinə hər zaman yardımçı olsun!" - Q.Paşayeva deyib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin