Terrorçu özünü partlatdı – VİDEO

10:12 02-08-2020 | icon 225 | Maraqlı
Terrorçu özünü partlatdı – VİDEO

Polisi girov götürən terrorçu özünü partladıb.

 

“Voyennıy obozrevatel” “Telegram” kanalının məlumatına görə, hadisə Ukraynanın Poltava şəhərində baş verib.

 

Məlumata görə, Roman Skripnik saxlanılarkən yenə polis əməkdaşını girov götürə bilib və özünü partlatmaqla hədələyib.

 

Kadrlarda görünür ki, snayperin atəşindən sonra polis terrorçudan qaçır və bundan bir neçə saniyə sonra partlayış baş verib.

 

Ukrayna DİN rəhbəri Anton Qeraşenko hadisə ilə bağlı bildirib ki, terrorçu təslim olacağı təqdirdə uzun illərini dəmir barmaqlıqlar arxasında keçirəcəkdi və o, “öz yolunu seçdi”.

 

Xatırladaq ki, iyulun 23-də Skripnik polis əməkdaşını girov götürərək qumbara ilə hədələmişdi. Danışıqlar zamanı o, avtomobillə təmin edilmişdi, həmçinin girov polis əməkdaşı əyalət polisinin Cinayət axtarış bölməsinin rəisi ilə əvəzlənmişdi.

 

Sonra terrorçu girovla birlikdə Kiyevə tərəf yollandı. Yolda o, maşını ataraq meşəyə tərəf qaçmışdı.

 

Girov zərər çəkməyib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qənirə Paşayevanın vətənpərvərliyini yox, qolunu müzakirə obyektinə çevirənlər…

Operativ Qərargah rayonlara gediş-gəliş qadağası ilə bağlı qərar verdi

Azərbaycanda karantin rejimi yumşaldılır

Avqustun 31-dək qüvvədə qalacaq -Sərt karantin

Azərbaycanda daha 647 nəfər COVID-19-dan sağaldı, 241 nəfər yoluxdu

“Kökəlmələr, artıq cəkilər uşaqlıqdan başlayır”

“Ximioterapiya xroniki toksaplazmozun müalicəsində effektli deyil”

"Məktəblər 3 növbə sisteminə keçməlidir"

Şəhid Xəyyam Məmmədovun ata ocağı ziyarət edilib

Çılpaq ekstrim həvəskarı çaya baş vurmağa cəhd etdi - VİDEO

DİM rezidentura imtahanında iştirak edəcək şəxslərə müraciət edib

Xaricdə doktorantura təhsili ilə bağlı sənəd qəbulunun müddəti uzadıldı

Çinin aparıcı həkimləri Bakıda

Qəzalı binanın sakinləri Allahın ümidinə qalıb - VİDEO

Yaponlar tərcüməçi-maska hazırladılar - FOTO