Yeni direktor təyin edilib

16:00 29-06-2018 | icon 509 | Mədəniyyət
Yeni direktor təyin edilib

Mədəniyyət Nazirliyinin Teatr sektorunun müdiri Naidə İsmayılzadə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına direktor təyin edilib.

 

Versus.Az xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib.

 

İsmayılzadə Naidə Məbud qızı Bakı şəhərində anadan olub. O, 1981-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Teatrşünaslıq fakültəsini bitirib. Əmək fəaliyyətinə 1981-ci ildə “Azərbaycanfilm” Kinostudiyasında başlayan N.İsmayılzadə 1984-1989-cu illərdə Azərbaycan Dövlət Filarmoniyasında böyük redaktor kimi işləyib.

 

1989-2006-cı illərdə Azərbaycan Mədəniyyət Nazirliyində, 2006-2018-ci illərdə isə Mədəniyyət və Turizm Nazirliyində çalışan N.İsmayılzadə burada işlədiyi müddətdə Nazirliyin İncəsənət İdarəsində baş inspektor, repertuar-redaktor kollegiyasının üzvü, baş mütəxəssis, Teatr sektorunun müdiri kimi vəzifələri icra edin. N.İsmayılzadə 2018-ci il iyunun 1-dək Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsi Teatr sektorunun müdiri vəzifəsində çalışıb.

O, dövlət qulluğunun kiçik müşaviridir. N.İsmayılzadə Azərbaycan Prezidentinin fərman və sərəncamlarına əsasən respublikada keçirilən bir çox irimiqyaslı dövlət səviyyəli tədbirlərin, Bakı Beynəlxalq Teatr Konfransının, Cırtdan Beynəlxalq Kukla Teatrları Festivalının, Şəki Beynəlxalq Teatr Festivalının təşkilatçılarından, “Teatr və teatr fəaliyyəti haqqında” qanunun, “Azərbaycan Teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının müəlliflərindən biridir. “Yaddan çıxmaz Qarabağ”, “Deyilən söz yadigardır”, “Bakıda teatr görüşləri” layihələrinin rəhbəridir.

 

N.İsmayılzadə bədii tərcümə ilə də məşğul olur. Onun türk dilindən tərcümə etdiyi T.Cücenoğlunun “Qadıncıqlar”, T.Özakmanın “Ocaq”, S.Şendilin “Yeddi ərli Hürmüz”, rus dilindən tərcümə etdiyi E.Filipponun “Vinçenso de Pretori”, A.Ekzüperinin “Balaca şahzadə”, B.Şounun “Piqmalion”, A.Saqarelinin “Xanuma” əsərləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, Azərbaycan Dövlət Musiqili Teatrında, Azərbaycan Dövlət Rus Dram Teatrında, Azərbaycan Dövlət Kukla Teatrında, Gəncə Dövlət Dram Teatrında, İrəvan Dövlət Azərbaycan Dram Teatrında tamaşaya qoyulub.

Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür.

 

Azərbaycan Prezidentinin sərəncamına əsasən N.İsmayılzadə 2009-cu ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının keçmiş direktoru Mübariz Həmidov isə yeni vəzifəyə təyinat alacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əsən Ana əlləri

“İranın bu təhdidləri yeni deyil”

Namiq Qaraçuxurlu konsert turuna BAŞLAYIR

İran XİN Brüssel görüşünə münasibət bildirib

“Ludus”un təsisçisi Bakıda

Novxanıda ağır QƏZA

Azərbaycanda Ramazan bayramı qeyd olunur

“Bu, İranın Türk Birliyi qorxusundan irəli gələn məqamlardır”

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

Qeyri-etik paylaşımlar edən şəxslər HƏBS OLUNDU

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

“Qarabağın Rəngləri”: Qarabağ Dirçəliş Fondunun yeni layihəsi

“Fənərbağça” rəhbərliyindən U19 komandasını sevindirəcək sürpriz

MDU rektoru və əməkdaşları şəhid məzunların ailələrini ziyarət edib

2025-ci ildə Bakıda Avropa çempionatı keçiriləcək